vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
23:35 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağdad-Ər Riyad dialoqu

Tillerson İraqla Səudiyyə Ərəbistanının münasibətlərinin möhkəmləndirilməsinə çalışır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Reks Tillerson İranın regionda hərbi nüfuzunun artdığı bir vaxt Səudiyyə Ərəbistanı və İraq arasında münasibətlərin yaxşılaşdırılmasına çalışır.

Tillerson Ər-Riyadda Səudiyyə Ərəbistanı-İraq Koordinasiya Komitəsinin ilk iclasında iştirak edib. ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı kralı Salmana və İraqın baş naziri Heydər Əl-Abadiyə deyib ki, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının böyük potensialı var. O, avqust ayında iki ölkə arasında əsas sərhəd keçidinin açılmasını və Bağdad və Ər-Riyad arasında birbaşa uçuşların bərpasını xüsusi qeyd edib.

«Bunların hər ikisi bizim ümid etdiyimiz kimi, münasibətlərin yaxşılaşdırılması və bir sıra məsələlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə nəzərə çarpacaq bir sıra fəaliyyətlərin başlanğıcından xəbər verir. Sizin krallıq və İraq arasında münasibətlərin artırılması bizim kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün həyat əhəmiyyətlidir və biz bunda olduqca maraqlıyıq», Tillerson bildirib.

ABŞ-ın baş diplomatı deyib ki, Birləşmiş Ştatlar «bu inkişafa görə minnətdardır və regionda sabitlik naminə bu münasibətlərin genişləndirilməsinə çağırır». «Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və İraq arasında əməkdaşlığın davam etdirilməsinə dəstəyə hazır vəziyyətdədir və biz sizi təbrik edirik», Tillerson bildirib.

Səudiyyə Ərəbistanı kralı Salman deyib ki, «biz regionda ekstremizm, terrorizm, eləcə də bizim ölkələrimizdə sabitliyin pozulması cəhdləri kimi ciddi sınaqlarla qarşılaşırıq. Bu cəhdlər bizdən tam diqqət tələb edir…Biz qardaş ölkə olan İraqın birliyi və sabitliyinə dəstəyə sadiq qalırıq».

İraqın baş naziri Heydər Əl-Abadi iki qardaş ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına dəstəyini bildirib. «Regionda bundan sonra parçalanmalara dözümlülük yoxdur. Başqa ölkələrin daxili işlərinə müdaxiləyə son qoyulmalıdır», Abadi bildirib.

Əhalisinin əsas hissəsi şiələrdən ibarət olan İraq və sünni hökumət tərəfindən idarə edilən Səudiyyə Ərəbistanı arasında münasibətlərdə 1990-cı illərdə İraqın diktatoru Səddam Hüseynin Küveyti işğal etməsindən sonra on illərdir gərginlik mövcuddur. Lakin Səudiyyə Ərəbistanı 25 ildən sonra 2015-ci ildə Bağdadda səfirliyini açıb. Bu ilin fevral ayında isə sərhəd keçidinin açılması və iki ölkənin paytaxtları arasında uçuşların bərpasından sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəni ziyarət edib.

Lakin bütün bunlara baxmayaraq, Səudiyyə Ərəbistanı və İraq arasında münasibətlər İranın regionda hərbi əməliyyatlarına görə mürəkkəb xarakter daşıyır. Tehranın dəstəklədiyi hərbi dəstələr İraq təhlükəsizlik qüvvələrinə neftlə zəngin Kərkük şəhərinin kürd qüvvələrindən azad edilməsində keçən həftə yardım göstərib. İran eyni zamanda, Suriyanın şimalında İŞİD-in paytaxt elan etdiyi Rəqqadan ekstremistlərin çıxarılması əməliyyatlarına dəstək verir.