vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:25 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkük heç vaxt kürdlərin olmayacaq

«Məsud Bərzaninin tərəfdarları yenə də məğlub, yenə parçalanmış…»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Observer» yazır ki, ötən cümə günü toplar susub Kərkük-Ərbil yoluna sakitlik çökəndən İraqın şimalındakı xəritə əsaslı şəkildə dəyişib. Bundan sonra kürd peşmərgələr bir az da şimala - geri çəkilməli olublar. İraq Kürdüstanının ərazisi bir xeyli «əriyib».

İraq qoşunları beş gün davam edən və müqavimətlə qarşılaşmayan yürüşlə 14 min kvadrat kilometrlik ərazini kürd döyüşçülərdən geri alıb.

Beləliklə, kürdlər muxtar Kürdüstana daxil olmayan, lakin İŞİD-dən geri aldıqları neftli ərazini itiriblər. «The Observer» yazır ki, bu hadisə kürdlərin müstəqillik ambisiyasını azı bir nəsil uzağa atıb.

Məqalədə deyilir ki, bu qələbə ilk növbədə İraqın baş naziri Hayder əl-Abadiyə və İranın hərcayi generalı Qasım Süleymaniyə aiddir.

İran hökumət rəsmiləri də, Məsud Bərzaninin əslində ilhaq etdiyi Kərkükün geri alınmasını bayram edirlər. «Biz Kərkükün qopardılması kimi sionist layihə ilə heç vaxt barışmamışdıq - deyib Xalq Səfərbərlik Birlikləri (XSB) kimi tanınan hökumətyönlü şiə silahlı qruplaşmasının komandanlarından biri, - Kərkük İraq iqtisadiyyatının sütunudur və heç vaxt Bərzaniyə məxsus olmayacaq».

 

8 milyard barrel neft

 

Bütün tarix boyu mübahisəli Kərkük kürdlərlə yanaşı, həm də ərəb və türkmənlərin yaşadığı bir şəhərdir. Buradakı neft mədənlərinin altında 8 milyard barrel qara qızılın yatdığına inanılır.

Əslində son üç ildə İraq Kürdüstanının muxtariyyətini ayaqda saxlayan məhz bu yataqlar olub. Kürdlər buradan Türkiyəyə çəkilmiş kəmərlə günə 600 min barrel neft vururdular.

«The Observer» yazır ki, Kərkükün itirilməsi kürdlərin arasındakı köhnə ixtilafın çat xətlərini açıb. İraq Kürdüstanını müstəqil edəcək bu referendumda kürdlərin 93 faizi müstəqilliyə səs versə də, Tələbani tayfası heç vaxt bu səsverməni tam razılıqla qəbul etməyib. Kərkük mədənlərini məhz bu klanın peşmərgələri qorumalı idilər.

İraqda çalışan bir Avropa diplomatı deyib ki, Tələbani klanı heç vaxt liderin Bərzani olmasını qəbul etməyəcəkdi.

Onun sözlərinə görə, üstəlik İran Kərkükün itirilməsini qəbul edə bilməzdi. Diplomat deyir ki, bu halda İran İraqa hərbi müdaxilə edəcəkdi. Qısası Talabaninin kürdləri lap əvvəldən başa düşürdülər ki, müstəqillik kimi məsələlər birtərəfli qaydada həll edilmir.

 

Hərcayi İran generalı

 

Əlbəttə Bağdadda qələbənin İran tərəfindən əldə edilməsinə dair iddiaları rədd edirlər.

«Xalq arasında belə bir rəvayət dolaşır ki, hansısa İran generalının bu ölkədəki bütün işlərdə əli var. Guya o bir növ vəzir kimidir, - deyib İraq nazirlərindən biri, - Bu, həqiqətə uyğun deyil. Bu ölkə çox kəşməkeşlərdən keçib və indi şəhidlərinin qanı ilə və vətəndaşlarının qurbanları ilə ayağa qalxır».

«The Observer» yazır ki, bu rəsmidən adının çəkilməsini niyə istəmədiyini soruşanda vəziyyətin həssas olduğunu bildirib. Sonra isə əlavə edib: «İranı qıcıqlandırmaq lazım deyil».

Kərkükün geri alınmasında İraq hərbiyyəsi mühüm rol oynasa da, şiə qruplaşmalarının da rolu az olmayıb. Onlar isə birbaşa Süleymaninin komandanlığı altındadırlar.

XSB-nin iki rəsmi lideri var: Hadi əl-Amiri və Əbu Mehdi əl-Mühəndis.

Kürdlər referendum keçirməzdən əvvəl Bərzaninin yanına öz elçilərini göndərib onu müharibə ilə hədələyən də məhz əl-Amiri olmuşdu.

Kürd rəsmilər deyirlər ki, hətta Bərzanini referendum fikrindən daşındırmaq üçün Süleymaninin özü şəxsən onun görüşünə gəlibmiş.

Deyilənə görə Bərzani onun ricasını rədd edəndən sonra o, ikinci görüş istəyib, lakin bu dəfə onu qəbul etməyiblər.

Daha sonra ötən iki ay ərzində general Süleymaninin Bərzani tayfasına düşmən kürd Tələbani tayfasının rəhbərləri ilə Süleymaniyyədə danışıqlar apardığı deyilir.

«The Observer» xatırladır ki, kürd müstəqilliyi referendumunun keçirilməsinə, xüsusilə də bu referenduma Kərkükün daxil edilməsinə ABŞ da etiraz edirdi.

Kərkükün alınmasında Süleymaninin qüvvələri bilavasitə iştirak etsə də, Vaşinqton tam neytrallıq nümayiş etdirib.

 

«Tarixi xəyanət»

 

«The Observer» yazır ki, oktyabrın 15-də, İraq və şiə qüvvələrinin Kərkük yaxınlığında cəmləşdiyi bir vaxtda Bərzaninin KDP partiyası Tələbaninin vətənpərvər ittifaqı fraksiyası ilə göl sahilində yerləşən Dukan şəhərində danışıqlarda olub.

Bu görüşə Bərzani oğlu Məsrur və iki başqa vəzifəli ilə gəlmişdi. Kürd Vətənpərvər İttifaqını (PUK) Cəlal Tələbaninin dul xanımı Hero İbrahim Əhməd, onun böyük oğlu Bafel və PUK-un təhlükəsizlik komandanı Lahur təmsil edirdi.

«The Observer» qəzetinə məlum olub ki, bu görüşdə Bafel Abadi ilə danışıqlarda olduğunu və İraqın qızıl diviziyasının (Bağdad antiterror qüvvələri) Kərkükə buraxılması məsələsini müzakirə etdiyini deyib. O deyib ki, İraq Respublika Qvardiyası bəzi məntəqələri götürə bilər.

Bərzani tərəfi Bafeldən Bağdadla sövdələşməyə razılıq verib-vermədiyini soruşub. Bafel bu suala «yox, sadəcə müzakirə etdik» deyib.

Bərzaninin rəsmilərindən biri «The Observer» qəzetinə deyib: «Biz Bafeldən bir daha soruşduq ki, o, Bağdadla sövdələşməyə giribsə, desin, biz buna müvafiq olaraq öz qüvvələrimizi lazımi mövqelərdə yerləşdirək». Lakin Bafel «yox» deyib.

Bərzani rəsmisi daha sonra deyib: «Bu yalan idi. Bu tarixi bir xəyanət idi. Əslində onlar əvvəlcə Süleymaniyyədə - Tələbaninin yas mərasimində, sonra isə Bağdadda razılığa gəlibmişlər. İkinci görüşdən sonra bu barədə Abadiyə də məlumat verilib».

Bərzaninin KDP rəsmiləri inanırlar ki, Bafel və Lahur ayrıca olaraq Kərkükün 60 kilometrliyində yerləşən Tuz Xurmatu məntəqəsində XSB liderləri ilə də gizli görüşüblər. Bu görüşlərdən birində İran generalı Qasım Süleymani də olub.

Lakin ötən cümə çıxış edən Bafel Tələbani deyib ki, referendumun keçirilməsi böyük səhv idi.

«Hətta Kərkük döyüşündə də imkan var idi. Baş nazir, Abadi cənabları bizə xəbər göndərdi və biz də mötəbər bir kompromis əldə etdik» - deyib Bafel.

«The Observer» yazır ki, qalanı artıq tarixin işidir. İraq qüvvələri və şiələr tez bir zamanda yeni sərhəd xəttini möhkəmləndirməkdədirlər.

«Bu onlara çox ağır bir dərs oldu, - deyib bir XSB döyüşçüsü, - Qoy gedib bu barədə və tarix barədə fikirləşsinlər. Kərkük heç vaxt kürdlərin olmayacaq».