vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
22:35 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kennedi qətlinə aid 3 min məxfi sənəd

«Amerika xalqının və tarixçilərin bu mətnləri görmələrinin vaxtıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Sunday Telegraph» yazır ki, ABŞ prezidenti Donald Tramp prezident Con Kennedinin (John F. Kennedy) qətlinə dair minlərlə sənədin üzərindən məxfiliyin götürülməsinə mane olmayacaq.

Oliver Stounun (Oliver Stone) «JFK» filmi ilə məşhurlaşmış bu sənədlər qəsd nəzəriyyəçilərinin tez-tez əsaslandıqları materiallardır. Onlar iddia edirlər ki, prezidentin qətlində hökumətin barmağı olub.

Milli Arxivin, 1963-cü il sui-qəsdinə aid FTB və MKİ materialları da daxil son məxfi sənədlərin ictimaiyyətə açılması üçün gələn cümə axşamı gününə qədər vaxtı var.

ABŞ prezidenti ölkə kəşfiyyatının üzərinə şübhə sala biləcək materialların açıqlanmasını bloklamaq səlahiyyətinə malikdir.

Lakin Tramp şənbə günü yazdığı tvitdə bu sənədlərin açılmasına blok qoymayacağını yazıb.

Bundan əvvəl sənədlərin açılmasını konqresmen Çak Qrasli (Chuck Grassley) kimi siyasətçilər tələb edirdilər. Qrasli bu ayın əvvəllərində demişdi ki, «Amerika xalqının və tarixçilərin bu mətnləri görmələrinin vaxtıdır».

Kennedinin qətlinə aid indiyədək məxfiliyi açılmamış 3 min sənəd var. Daha 30 min sənəd əvvəllər yalnız senzura olunduqdan sonra açılıb.

Tarixçiləri ən çox qatil Li Harvi Osvaldın (Lee Harvey Oswald) bu sui-qəsddən bir neçə həftə əvvəl Mexiko şəhərinə müəmmalı səfəri maraqlandırır.

Lakin «İşə xitam verilib: Li Harvi Osvald və JFK-in qətl edilməsi» (Case Closed: Lee Harvey Oswald and the Assassination of JFK) kitabının müəllifi Cerald Posner (Gerald Posner) deyib ki, bu sənədlərin arasından «tüstülü əski çıxmayacaq».

«Əgər kimsə düşünürsə ki, bu sənədlərin açılması ilə güllə atanın bir yox, üç və ya dörd olduğu bilinəcək və iş baş-ayaq olacaq, səhv edir», - deyib Posner.