vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
11:37 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qubada neft çıxıb

1980-ci ildə qazılan quyudan...

MÖVZU İLƏ ƏLAQƏLİ

Quba rayonunun Talabı kəndi ərazisindən neft çıxıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ərazidəki köhnə neft quyusundan neftin çıxdığını kənd sakinləri təsadüfən aşkar ediblər. Bu prosesin bir müddətdir davam etdiyi bildirilir.

Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1980-ci illərdə ərazidə neft quyusunun qazıntısına başlandığını, bir müddətdən sonra isə bu prosesin dayandığını deyib.

Onun sözlərinə görə, həmin müddətdən sonra ərazidən az-az neft çıxması müşahidə edilib. İcra nümayəndəsi ərazidə hər hansı araşdırma aparılmadığını da deyib.