vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
17:56 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2473 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraq və Suriya ilə sərhəddə üçlü «türk dəhlizi»

Türkiyə Silahlı Qüvvələri müdaxilə üçün tam hazır vəziyyətə gətirilib

«Sabah» qəzeti, Türkiyə

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək, hərbi baza bölgələrini təminat altına almaq məqsədiylə İraq və Suriya ilə olan sərhəd xəttində terror təşkilatlarına qarşı hər an hərbi müdaxilə etmək üçün üç dəhliz yaradıb. Potensial təhdidin reallaşması halında alınacaq müdaxilə qərarı üçün hərbi planlar artıq hazırdır. Lazım olan anda müdaxilə edəcək hərbi birliklərin vəzifə bölgüsü də aparılıb.

Xatay-Reyhanlı xəttindəki «İdlib-Afrin» dəhlizi terror təşkilatının təhdidinə qarşı aktiv hala gətirilib və artıq hərəkat başlanıb. Hakkari vilayətində Şəmdinlidəki «Qəndil» dəhlizində və Dərəcikdəki «Kərkük» dəhlizində isə vəzifə başında olan hərbi qüvvələr əlləri tətikdə, gözləməkdədirlər.

 

Dəhliz genişlənir

 

«İdlib-Afrin» dəhlizi Pentaqonun dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) pərdəsi altında, regionda varlığını qoruyan YPQ-nin yaratmaq istədiyi terror dəhlizinin boğazını kəsmək üçün başladılan hərəkat ilə aktiv hala gətirilib. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bu dəhlizdən Suriyaya, İdlibə girərək, Dar Ta İzza bölgəsinə qədər dəhlizi genişləndirib. Bu dəhliz sayəsində bir tərəfdən, terror dəhlizinin kəsilməsi baxımından, həyati əhəmiyyət daşıyan Afrin cənubdan mühasirəyə alınıb, digər tərfdən də İdlib vilayətinin daxili hissələrində terror ünsürlərinə qarşı aparılacaq «süpürmə əməliyyatı» üçün əlverişli şərait yaradılıb.

 

Qəndildən olan sızmalara artıq keçid yoxdur

 

Türkiyənin İraq və İranla olan sərhəd xətlərinin kəsişdiyi Hakkarı vilayətinin Şəmdinli rayonunda yaradılan dəhlizin ucu terror təşkilatı PKK-nın düşərgələrinin olduğu Qəndilə çıxır. PKK-nın Türkiyənin təhlükəsizliyini təhdid etməyə yönəlik mümkün bir həmləsi zamanı, burada hazır vəziyyətdə gözləyən birliklər hərəkətə keçərək, dəhlizi aktiv hala gətirəcək və terror təşkilatına qarşı əməliyyata başlayacaqlar. Ehtimallar daxilində mümkün olan bir hərəkat üçün hərbi planın hazır olduğu bildirilir. Bu dəhliz Qəndildən olan sızmaların da qarşısını alacaqdır.

 

Ərbilə qarşı «Şimal Qalxanı»

 

Hakkarinin Dərəcik bölgəsi ətrafında isə «Kərkük» dəhlizi üçün bir cəbhə açılıb. Bu dəhlizin qarşısında Ərbil yerləşir. Şimali İraqda keçirilən qeyri-legitim quldur referendumunun ardından, bölgədə yüksələn gərginliyi fürsət bilən terror təşkilatının Kərkükdəki türkmənlərə yönəlik ən kiçik müdaxiləsi halında belə, dəhliz aktiv hala gələcəkdir. Hazır vəziyyətdə gözləyən hərbi birliklər lazım olan halda, Türkiyənin "qırmızı cizgisi" olan Mosul-Kərkük xətti üçün dövriyyəyə girəcəklər. Türkiyə, lazım olan anda, bu dəhliz vasitəsilə İraq mərkəzi hökumətinə Bərzani ilə mübarizəsində şimaldan dəstək verəcək.

 

Haburda təlimlər davam edir

 

TSQ-nin 18 sentyabrda Şırnak vilayətinin Silopi rayonundakı Habur Sərhəd Qapısı yaxınlarında başladığı hərbi təlimlər davam edir. Təlimlərin son bölümlərinin birində İraqlı əsgərlərə tankların istifadəsi haqqında da təlim keçilib. İraq Ordusunun hərbçiləri təlimlərə 26 sentyabrda qoşulublar.

Digər tərəfdən, TC Gömrük və Ticarət naziri Bülənt Tüfənkçi də Şırnakdakı İraqa açılan Habur Sərhəd Qapısının bu anda açıq olduğunu bildirərək, «hadisələrin inkişafına görə, hər an bağlaya bilərik» deyib.