Gizli Kərkük müqaviləsi
Tələbani ailəsi müstəqil Kürdüstan ideyasını öldürdü
«Jerusalem Post» (İsrail)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Səddam “dirilir”?!
İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar
-
18 min tarixi əsər qaytarılıb
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
-
... Xomeyniçilik
“İrana biət”ə dəvət edən siyasi ideologiya ...
-
“İrandan yanacaq yardımı qadağandır”
“Dəyişdirilə, hədiyyə edilə və alınıb-satıla bilməz”
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
-
İraq İrana qarşı sanksiyalara qoşulub?
Ərbil aeroportu “Puya Air” təyyarəsinin enişinə icazə vermədi
-
İraqın Baş naziri İrana səfərdədir
Mustafa Əl-Kazımi Ər-Riyaddan birbaşa Tehrana gəlib
-
Bayden Yaxın Şərqə gedir
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
-
Türkiyə PKK-nı vurur
İraqın şimalında “Pəncə kilid” əməliyyatı başlayıb
-
Ankara deyən oldu
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
-
“Sülh dəhlizi”nə kim nəzarət edəcək?
Vaşinqton Ankaranın səbrini tükəndirib
-
SEPAH generalı öldürüldü
İsrail Iranın Hizbullah terrorçuları üçün Iraqda hazırladığı bazanı da vurdu
-
Bağdadi haradadır?
Terrorçubaşı sərhəd üçbucağında gizlənir
-
ABŞ-dan İraqa xəbərdarlıq
“... Əks halda koordinasiyasız addım atacağıq”
-
İraq İrana neft ixracatını dayandırdı
ABŞ sanksiyalarının növbəti fəsadı
-
“İrana girməliydik”
“Səddamı devirməklə səhv etdik, ...”
İranlılar tərifə layiqdir. Onlar oyun oynamırlar. Prezident Donald Tramp İrana qarşı yeni ABŞ siyasətinin konturlarını əks etdirəndən bir neçə saat sonra, İranın yüksək vəzifəli rəsmiləri İraq və Suriyada yalnız ABŞ-ı alçaltmayıb, həm də strateji balansı İranın xeyrinə dəyişdirməyə başlayıblar.
«Qüds» qvardiyasının komandanı Qasim Süleymani İraqın Kərkük şəhərində məskən salıb.
2003-cü ildən etibarən İraq Kürdüstanı faktiki suverendir. Bağdaddakı mərkəzi hökumətlə başlıca mübahisələrdən biri Kərkük – müstəqil Kürdüstana bitişik neft zəngin şəhəri üzərində nəzarətdir. Kürdlər şəhər əhalisinin əksəriyyətini təşkil edir.
Bu mübahisə üç il əvvəl nisbi həll edilib: 2014-cü ilin yayında kürd peşmərgə qüvvələri neft şəhəri və rəsmi sərhədlərdən cənubundakı digər əraziləri ələ keçiriblər. Həmin vaxt hökumət qüvvələri İŞİD-in hücumuna görə Kərkükdən və digər bölgələrdən qaçmışdı.
Kürdlər anti-İŞİD kampaniyasında əsas rol oynayırdılar. Həm İraq, həm də Suriyada kürdlər ABŞ-ın yeganə etibarlı müttəfiqi olub. İraq rejimi qüvvələri, onlarla yanaşı döyüşən şiə milisləri İran tərəfindən idarə edilir.
İraqdakı Kürd Regional Hökumətinin və Kürd Demokratik Partiyasının (KDP) rəhbəri Məsud Bərzaninin fikrincə, İŞİD-ın İraq və Suriyadakı məğlubiyyəti ABŞ-ın kürdlərə olan borcunu qaytarılması üçün doğru zamandır.
25 Sentyabrda isə kürd müstəqilliyi ilə əlaqədar referendum keçirilib. İraqlı kürdlərin təxminən 93 faizi müstəqilliyin lehinə səs verib.
Müstəqilliyə dəstək belə böyükdür ki, hətta Tələbani ailəsi belə referendumu dəstəkləyib.
Bir neçə nəsil boyu Bərzanilər və Tələbanilər İraq Kürdüstanına nəzarət uğrunda mübarizə aparıb. Bərzanilər İsrail və ABŞ-la uzun müddətli isti əlaqələrə malik olduğu halda, Tələbanilər İrana yaxındırlar. İki həftə əvvəl ölən Cəlal Tələbani kürd müstəqilliyinə qarşı çıxıb.
General Süleymani Tələbaninin dəfnində iştirak edib. «Washington Post» qəzetinə verdiyi müsahibədə mərhum Tələbaninin yaxın qohumu Əla Tələbani İranın İraqdakı rolunu tərifləyib.
«Süleymani bizə Konstitusiyaya uyğun olaraq, Kərkükün qaytarılmasının vacibliyini bildirdi. Dedi ki, gəlin anlaşaq».
Başqa sözlə, «Qüds» komandanı onlara bir müqavilə təklif edib.
«American Interest» jurnalındakı məqaləsində «Rubin» Mərkəzinin direktoru Conatan Spayer qeyd edib ki, şiə milis liderlərindən biri və mərhum Cəlalın ən böyük oğlu Bafel Tələbani arasında müqavilə bağlanıb. Spayer kürd mətbuatının hesablamalarına əsasən, yazır ki, müqavilə Hələbcə-Süleymaniyyə-Kərkük ərazisində İraq hökuməti və kürdlər (daha doğrusu, Kürdüstan Vətənpərvərlər Birliyi) tərəfindən müəyyən edilməyən müddətə birgə idarəçilik yaradılır.
Spayer qeyd edir ki, «federal hökumət Kərkükün neft quyularını və şəhərin digər strateji yerlərini idarə edəcək, dövlət sektorunun əməkhaqqısını verəcək».
Trampın çıxışından iki gün sonra iranlılar və Tələbani ailəsi İraq kürdlərini ikiyə bölüb, yeni rəhbərlik orqanına İran kuklasını oturdub və müstəqil Kürdüstanın düşüncələrini öldürüblər.
Tələbani ailəsinə sadiq olan Kərkükdəki peşmərgə qüvvələri Süleymaninin rəhbərlik etdiyi qüvvələrlə birləşib Kərkük və digər əraziləri nəzarətə alıblar.
Trampın İranın gücünü və nüfuzunu zəiflətmək lehinə mövqeyinə baxmayaraq, Kərkükün İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən işğalı amerikalılar üçün yaxşı nəticə kimi görünə bilər.
Kürd və ABŞ şərhçilərinin fikrincə, baş nazir Heydər İbadi ABŞ-ın razılığı olmadan Kərkükə istiqamətli bu həmləni həyata keçirə bilməzdi.
«Washington Post» qəzetinin məlumatına görə, Raqqada İŞİD-i məğlub edən suriyalı kürdlər indi də ABŞ-ın onlardan imtina edəcəyini güman edirlər. Suriyalı kürdlər muxtariyyət yaradırlar. Onlar ABŞ-ın Suriyadakı qüvvələrini geri çəkəcəkləri halda, İranın və «Hizbullah»ın nəzarətində olan Əsəd rejimi qüvvələrinin hücum edəcəyindən qorxurlar.