vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
22:47 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MKİ iti işdən çıxardı

Partlayıcını tapmaqdan imtina etdiyinə görə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Labrador cinsindən olan Lulu ləqəbli it Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən yeni üzvü idi. Onun vəzifəsi partlayıcı maddələri iylə tapmaq idi.

Xidməti it həftələr ərzində təlim keçsə də, heç bir irəliləyiş nümayiş etdirmədi.

Belə görünür ki, MKİ həyatı onun ürəyincə olmayıb.

Nəticə olaraq it 2017-ci ilin K-9 təlim proqramından xaric edildi.

MKİ «Twitter» vasitəsilə itin proqramdan çıxarılmasının səbəblərini izah edib.

«Bəzən təlimləri başa vurmuş küçüklər də, partlayıcıların aşkar edilməsi üzrə K-9-da işləməyə meylsiz olduğunu büruzə verir».

«Lulu partlayıcı qoxularına maraqsız olduğunu göstərməyə başladı».

 

İtlər 19 min qoxunu ayırd etməyi öyrənir

 

Partlayıcı maddə axtaran itlər 10 həftəlik təlim proqramının sonunda 19 min fərqli qoxunu ayırd etməyi öyrənməlidirlər.

Təlimlərin sonunda itlər 10 fərqli imtahandan keçir. Müvəffəq olanlar ev, maşın və digər yerlərdə partlayıcı maddələrin axtarışına cəlb edilir.

Bir qayda olaraq polis itləri ABŞ-da istifadə olunur, hərçənd ki, onların xaricə göndərilməsi halları da mövcuddur.

«İnsanlarda olduğu kimi, yeni şeylər öyrənən itlərin yaxşı və pis günləri olur. Bu küçüklərə də aiddir, hərçənd ki, belə vəziyyət bir-iki gün davam edir».

 

Həftədə 60 saatlıq iş günü

 

Təlimləri yeni bitirmiş itlər adətən həftədə 60 saat işləyir.

Lakin onlar məzuniyyət və asudə vaxtlarında da təcili hallarda işə getməyə məcburdurlar.

Adətən təlimlər üçün Alman çoban iti və Retriver cinsinə üstünlük verilir.

Təlim proqramının ilk həftələrində itlər müvəqqəti olaraq qaldıqları həbsxanalardakı təlimatçılardan sadə əmrləri öyrənirlər.

Lakin Lulu üçün bu müddət bir qədər gərgin keçdi.

«Bir neçə həftəlik təlimdən sonra, bəzi itlərin bu işə uyğun gəlmədiyi və problemin qeyri-müvəqqəti olduğu ortaya çıxdı».

MKİ yazır ki, «K-9 təlimində itlərin işdən həzz alması şərtdir. Bəzən it təlimləri bitirib, imtahanları başa vursa da, partlayıcı axtarmaq işinə uyğun olmadığını birmənalı bəlli edir».

«Partlayıcı axtarmaq Lulunu qətiyyən maraqlandırmırdı. Yemək və həvəsləndirmək cəhdlərinə rəğmən itin əylənmədiyi göz qabağında idi».

CIA-in Lulu ilə bağlı mesajları sosial mediada böyük maraq doğurub:

«O, sadəcə top ardınca qaçmaq istəyir, buna izn verin».

«Lulu bəlkə də sənətçi olub dünyanı dolaşmaq istəyir. Bu itə öz xəyalları ardınca getməyə imkan verin».

Lulunun hətta «ikili agent» ola biləcəyini yazanlar da oldu.

İtin hekayəti isə yaxşı başa çatdı.

Lulu pənah gətirdiyi ailədə daha rahat bir həyat yaşayacaq.

«Lulunun yeni sahibi var və indi, öz günlərini uşaqlar və yeni dostları ilə oynayaraq, bağda dovşan və dələləri qoxumaqla keçirir».

Lulu partlayıcı axtaran itlər proqramından xaric edilmiş yeganə it deyil.

Vidar Malinua cinsinə aiddir və Əfqanıstanda Britaniya hərbçilərilə yol kənarında quraşdırılmış bomba və silahların axtarışında iştirak edib.

Lakin bundan iki il keçmiş onda yüksək səslərdən qorxu yarandı və Vidar buna görə erkən təqaüdə göndərildi.

Avstraliyada isə alman çoban iti aşırı dərəcədə ünsiyyətcil olduğuna görə işdən kənarlaşdırıldı.

Qavel şübhəliləri təqib etmək əvəzinə onlarla dost olmağa çalışırdı.

Təlim proqramından kənarlaşdırılan itə Quinsland ştatının qubernatoru sahib çıxıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *