vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
15:51 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2462 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Satananın 16 başlı müasiri SARMAT

Rusiya «Texas və ya Fransa boyda ərazini dağıda bilən» raket düzəldir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Times» qəzeti yazır ki, Rusiya qitələrarası ballistik raketlərin yeni nəslini sınaqdan keçirməyə hazırlaşır. Moskva iddia edib ki, heç bir mövcud müdafiə sistemi bu raketlərin qarşısını ala bilməyəcək. Məqalədə deyilir ki, «RS-28 Sarmat» raketinin şəkli ilk dəfə ötən il açıqlansa da, onun sınağı texniki nasazlıqlarla bağlı bir neçə dəfə təxirə salınıb.

Moskvadan alınan xəbərlərdə deyilir ki, indi raketlər sınağa hazırdır. «Kommersant» qəzetinin yazdığına görə, sınaqlar bu ilin sonunadək keçiriləcək.

Hərbi mənbə bildirib ki, hazırda raketin quyu-yuvadan çıxması, uçuşun birinci pilləsi və ilk beş saniyəsi üzərində iş gedir.

«RS-28» raketləri NATO tərəfindən «SS18 Satan» ayaması verilmiş R-36 raketlərini əvəz edəcək.

Çəkisi 100 ton, uçuş məsafəsi 10 min kilometr olan« «Sarmat» 16 döyüş başlığı daşıya biləcək.

Moskvadan alınan xəbərlərdə deyilir ki, belə bir sistemli raket bütün müdafiələri yarmağa qabildir.

Rusiya Müdafiə Nazirliyinin «Zvezda» telekanalının verdiyi məlumata görə, «Sarmat» bir zərbəyə Texas və ya Fransa boyda ərazini dağıtmaq gücünə malikdir.

«The Times» yazır ki, «Sarmat» ötən il sınaqdan keçirilməli olsa da, sınaqlar bir neçə dəfə təxirə salınıb. Mart ayında raketin yeraltı yuvası hazır deyildi, apreldə isə raketin texniki sistemində qüsur aşkar edilmişıdi.

Yeni raketlərin 2019 və ya 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Raketlər Strateji Raket Qoşunlarının Krasnoyarsk və Orenburq vilayətlərindəki hərbi hissələrində yerləşdiriləcək.

Raketlər Çelyabinks yaxınlığındakı Makeyev raket zavodunda istehsal olunur.

Rusiya özünün strateji nüvə başlıqlı çəkindirici və adi silahlarının yeniləndirilməsi proqramı üçün 2011-ci ildə 10 il müddətinə 650 milyard dollar vəsait ayırmışdı.

Bu proqrama əsasən, Rusiyanın quyularda yuvalanmış və 1000 döyüş başlığı olan 320 raketi tamamilə əvəzlənəcək.

Bu arada Rusiya həm də özünün strateji sualtı gəmilərini və bombardmançı təyyarələrini də təkmilləşdirir.

Satan raketi 1970-ci illərdən bəri istifadə verilmişdi. Bu raketlər Ukraynanın o vaxtkı Dnepropetrovsk, indiki Dnipro şəhərində hazırlanırdı.

Lakin son illərdə Ukrayna və Rusiya arasında Krım və Donbasa görə gərgin münasibətlər mövcuddur və Moskva özünün nüvə raketləri üçün başqa istehsalat yeri tapmalı idi.

Deyilənlərə görə, «Sarmat» raketlərinin istehsalı gündəlik qaydada nazir Sergey Şoyqunun müşavirləri tərəfindən təftiş edilir.

Bəzi məlumatlara görə, bu raketlər yalnız «Obyekt 4202» kod adı ilə tanınan hipersonik döyüş başlığının yeni tipini daşıyacaq.

«Sarmat»ın birinci uçuş pilləsi üçün nəzərdə tutulmuş PDU-99 mühərrikləri 2015-ci ilin avqustunda sınaqdan çıxarılıb.

Moskva Rusiyadakı iqtisadi tənəzzülə və Qərbin sanksiyalarına baxmayaraq son onillikdə özünün hərbi xərclərini 21 faiz artıraraq, 2015-ci ilədək 54, 1 milyard dollara çatdırıb.

Lakin ötən il neft qiymətlərinin düşməsi ilə əlaqədar hökumət bu rəqəmi 49, 2 milyard dollara endirməli olub.