vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
18:06 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2882 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krım Ukraynaya məxsusdur»

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak: «Budapeşt memorandumunu pozmuşuq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn il Rusiya prezidenti seçkilərində namizədliyini irəli sürəcəyini bildirmiş teleaparıcı Kseniya Sobçak hesab edir ki, Krım Ukraynaya məxsusdur və bu məsələ müzakirə mövzusu deyil.

Virtualaz.org «Russia Today» agentliyinə istinadən xəbər verir ki, keçirdiyi mətbuat konfransında Sobçak bildirib ki, Ukrayna Rusiyanın ən vacib tərəfdaşıdır və münasibətləri bərpa etmək başlıca vəzifədir. Bundan əlavə, teleaparıcının sözlərinə görə, Rusiyanın Krıma qarşı hərəkətləri beynəlxalq hüquqa və ələlxüsus Budapeşt memorandumunu pozub.

«Biz verdiyimiz sözü pozmuşuq, 1994-cü ilin Budapeşt memorandumunu pozmuşuq. Söz vermişik, amma yerinə yetirməmişik», - Sobçak qeyd edib.