vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
17:39 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mənsimovun zavodunda korrupsiya

Prokurorluq cinayət işi açıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur iş adamı Mübariz Mənsimova məxsus olan, Azərbaycandakı “Pal Süd Dağıtım” zavodunda korrupsiya faktı aşkarlanıb. Baş Prokurorluqdan mətbuata verilən açıqlamaya görə, «Pal Süd Dağıtım» MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.