vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:51 | 25 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə dedim ki, qəzəb doğurdu»

Serj Sərkisyan: «Səbirsizliklə İlham Əliyevlə görüşümüzü gözləyirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Səmimi deyirəm, Cenevrədəki danışıqların ardından Azərbaycan tərəfinin, guya oradakı hansısa razılıqları pozduğum barədə məqamı qəzəblə vurğulamağa çalışmasından sonra məndə qəribə vəziyyət yarandı. Düzü, bu qəribədir və mən bizim Azərbaycan prezidenti İlham Əliyevlə növbəti görüşümüzü çox gözləyirəm, həmkarımdan soruşmaq üçün ki, onda məhz nə qəzəb doğurub?».

Virtualaz.org-un Ermənistan dövlət başçısının  mətbuat katibliyinə istinadən məlumatına görə, bunu prezident Serj Sərkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat və Təhlükəsizlik Universitetində mühazirə ilə çıxış edərkən deyib.

«Bundan başqa, o insanlar çıxış edirlər ki, bizim söhbətimizdən heç də xəbərdar olmalı deyildilər, çünki biz təklikdə söhbət edirdik  və əgər biz heç kəsə heç nə danışmamağa razılaşmışdıqsa, onda onun köməkçiləri,  məsləhətçiləri və ya başqaları mövzu ilə necə  tanış olublar? Sizi inandırıram, mən bizim söhbətimizdən heç yerdə bir kəlmə də dilə gətirməmişəm», – deyə S.Sərkisyan təəccüblə bildirib.

Erməni prezidenti İsveçrənin erməni icması ilə görüşdə dediyi sözləri özü sitat gətirib və sual verib: «Bəyəm mənim onda dediklərimdə nəsə yeni bir şey var? Mən artıq 25 ildir dediklərimi, 25 il haqqında danışdıqlarımızı  təkrarlamışam...».