vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
11:13 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cinayət işi məhkəməyə göndərib

Erməni yönümlü «Regnum»un müəlliflərini mühakimə edəcəklər

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarusda «Regnum» İnformasiya Agentliyinin üç müəllifi barəsində cinayət işinin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.

Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç TASS agentliyinə bildirib ki, cinayət işi məhkəməyə göndərilməsi üçün prokurora verilib: «Səhv etmirəmsə, prokuror cinayət işini baxmaq üçün Minsk şəhər məhkəməsinə göndərib».

İstintaq Komitəsinin sədri xatırladıb ki, Rusiyanın bir sıra informasiya resursları, o cümlədən, «Regnum» agentliyi ilə əməkdaşlıq edən üç nəfər Belarus vətəndaşı irqi, milli və dini ədavəti qızışdırmaqda ittham olunurlar. Onlardan ikisi həmçinin qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

«Regnum» İA-nin baş redaktoru Yuri Barançikə gəlincə, İvan Noskeviç bildirib ki, onun barəsində iş ayrıca icraata götürülüb.