vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
13:19 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sobçak «yuxarıları» qarışdırdı

«Bəyanatın şərhi «mahiyyət və formaca» yanlışdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml Rusiya prezidentliyinə namizədliyini elan etmiş Kseniya Sobçakın Krımın hüquqi baxımdan Ukraynanın bir hissəsi olduğunu deməsini kəskin tənqid edib, millətçi Vladimir Jirinovski isə onun həbsinə çağırıb.

Teleulduz və müxalifət fiquru olan Sobçak Rusiyanı qarışdıran bu bəyanatı oktyabrın 24-də keçirdiyi mətbuat konfransında verib.

Bu, onun 2018-ci il seçkisində namizədlik niyyətini bildirəndən bəri keçirdiyi ilk mətbuat konfransı idi.

O deyib ki, beynəlxalq qanunlarla Krım Ukraynaya məxsusdur və Rusiya onu 2014-cü ildə işğal etməklə özünün Ukraynanın suverenliyini qoruyacağına dair vədini pozub.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 25-də Sobçakın bəyanatı ilə bağlı deyib ki, onun şərhi «mahiyyət və formaca» yanlışdır.

Peskov bəyan edib ki, «Krım Rusiya Federasiyasının ayrılmaz hissəsidir».

Rusiya indiyədək Krımın Ukraynaya məxsus olduğunu deyən bir neçə şəxsi separatçılıqda ittiham edərək məhkum etsə də, Peskov Sobçaka qarşı hər hansı cinayət işi qaldırıla biləcəyinə işarə verməyib. O deyib ki, bu, prezident administrasiyasına aid olmayan bir məsələdir.

Özünün qalmaqallı bəyanatları ilə tanınan və 1993-cü ildən parlament üzvü olan Jirinovski deyib ki, Sobçak söylədiklərinə görə «beş il müddətinə» azadlıqdan məhrum edilməlidir.

1999-cu ildən bəri gah baş nazir, gah da prezident qismində hakimiyyətdə olan Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində də iştirak edəcəyi gözlənilir.

Sobçakın tənqidçiləri deyirlər ki, onun namizədliyi ilk növbədə Putinə sərfəlidir.