vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
18:12 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BBC BMT-yə İrandan şikayət edib

Media qurumunun əməkdaşlarının qohumları fars-molla rejimi tərəfindən hədələnir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, BBC 150-dək əməkdaşına qarşı İranda «milli təhlükəsizliyə qəsd» ittihamı ilə başlanmış təhqiqatla əlaqədar bu ölkədən Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

Korporasiya BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi David Kayeyə ünvanlanmış şikayətində yazır ki, bu təhqiqatdan əvvəl İranın hakimiyyət orqanları jurnalistləri BBC ilə əməkdaşlıqdan çəkindirmək məqsədilə onlara qarşı «aramsız təhdid və qısnama kampaniyası» aparırdı.

BBC-nin bəyanatında deyilir ki, İran hakimiyyət orqanları BBC Fars xidmətinin 152 indiki və keçmiş, habelə ştatdankənar müxbiri barədə cinayət araşdırması açıb.

Bundan başqa İran hökuməti BBC Fars xidməti əməkdaşlarının mülkiyyəti üzərinə həbs qoyub. Bu isə o deməkdir ki, BBC əməkdaşları İrandakı daşınmaz əmlaklarını, avtomobillərini sata və ya bağışlaya bilməzlər. Onlar habelə valideyn evləri üçün vərəsəlik etməkdən də məhrum olunublar.

BBC-nin baş direktoru Toni Hol (Tony Hall) deyib ki, İran hökuməti bu aşkar siyasi motivli hərəkəti ilə BBC-nin 152 əməkdaşına qarşı misli görünməmiş divantutma addımı atıb.

«Bu sadəcə olaraq BBC Fars xidmətinin heyətinə qarşı yox, ümumilikdə təməl insan haqlarına qarşı kampaniyadır və BBC İran hökumətini bu hüquqi hərəkətə dərhal son qoymağa çağırır», - Hol deyib.

BBC-nin Fars xidməti İranda qadağandır və verilişlərini Londondan yayınlayır. BBC bildirir ki, bu xidmətin verilişlərinin bütün farsdilli dünyada 12 milyon dinləyicisi və tamaşaçısı var.

BBC Dünya Xidmətinin başqa dil redaksiyaları kimi Fars xidməti də lisenziya ödənişləri ilə deyil, Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

BBC bildirir ki, Fars xidmətinin hazırkı və keçmiş əməkdaşları, uşaqlar da daxil İrandakı qohum və dostlarının saxlanması və dindirilməsi vasitəsilə hədələnir. Bu adamları çox vaxt İranda qadağan edilmiş seksual davranışlarda qondarma yollarla ittiham edirlər.

BBC bildirir ki, onun əməkdaşları nə İranda başlanmış cinayət təhqiqatı, nə də mülkiyyətin dondurulması hərəkətləri barədə xəbərdarlıq almaylıblar. Onlar bu tədbirlərdən yalnız qohumları onların əvəzinə ev satmaq istəyərkən xəbər tutublar.

Fars xidmətinin əməkdaşları və onların ailə üzvlərinin adından şikayət cənab Kayeyə, habelə BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Asma Cahangirə göndərilib.

İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı şərh verməyib.