vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
21:10 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraq ordusu peşmərgəni vurdu

Kürdlər ABŞ-dan kömək istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqda Bağdadla Şimali İraq Kürd Muxtariyyəti arasında başlayan böhran davam edir. APA TV-nin məlumatına görə, İraq ordusu və «Haşdi Şabi»nin Mosul şəhərinin şimal-qərbindəki Zumardan muxtariyyət sərhədlərində yerləşən peşmərgə qüvvələrini atəşə tutub.

Muxtariyyət hökuməti Təhlükəsizlik Şurasının açıqlamasında İraq ordusunun və «Haşdi Şabi»nin dərhal geri çəkilməsi tələb olunur, «diplomatik həll» istəyi vurğulanır. ABŞ-a müraciət edən Təhlükəsizlik Şurası İraqın «məsuliyyətsiz» hərəkətlərini dayandırmasını tələb edib.

Eyni zamanda İraq ordusu səhər saatlarında İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb. Beynəlxalq koalisiyanın əməliyyatda İraq ordusuna dəstək verdiyi açıqlanıb.