vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
12:55 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 3059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İYİ Partiyası»nın simvolu

«And olsun Günəşə və onun işığına …»

Zaur ƏLİYEV, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə yeni yaradılan İYİ partiyasının simvolları barədə qısa qeyd etmək istəyirəm. Günəş toteminin türklərdə böyük əhəmiyyət daşıyıb. Ən qədim Türk andı belə idi: «And olsun Günəşə və onun işığına gün görənlərə sadiq olacam, türk törəsinə xidmət edəcəm və millətimin ən uca olması üçün canımı fəda edəcəm».

Günəş kultu Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çəkmiş, Günəşə sitayiş ediblər. Gəmiqayada Günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da Günəşi ifadə edir. Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın Günəş gəmiləri xüsusi yer tutur.

1. Etimoloji baxımdan: «Tenqri» anlayışının kökündə «tan» (dan yeri, Göy, sübh Günəşinin nuru) və «ər» sözləri dayanır və «dan/tan əri», «Səma ilahisi» anlamını verir. Türk mifalogiyasına görə «Günəşi təmsil edən qurd və aslan həmişə Günəş şüası ilə, işıqla bağlı insanların gözünə görünərmiş... Günəşin kişi və eləcə də qadın başlanğıcı olması ana, ata xaqanlığı ilə bağlıdır. Ana xaqanlığı çağında qadın, ata xaqanlığı çağında isə kişi olmuşdur. Günəş kainatın Ulu Yaradının gözüdür. Hər şeyi görür. Qədimdə türklər böyük qələbələri və sağlam övladları onlara bəxş etdiyi üçün Tanrının gözü Günəşə öz atlarını qurban kəsirdilər. Türk mifik görüşlərində dünyanın yaradıcısı Oğuzdur. O, ilk olaraq kosmik cisimləri – Günəşi, ayı və ulduzları, sonra isə göyü, yeri – dağları, dənizləri meydana gətirir. Dünyanı idarə etməyi Günəşin övladlarına tapşırır.

2. İYİ- Rəsmə diqqətlə baxaq: Oğuzların Bozox qolundan boya məxsus Damğadır. Qayı kəlməsi; «möhkəm, qüvvət və qüdrət sahibi» deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız «İYİ» damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. «Göy Tanrı» işarəsidir. Günümüzdə bu adət Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi yaşamını sürdürməkdədir. Bir faktı da qeyd edək ki, bu gün muzeylərdə saxlanılan Ağqoyunlu dönəminə aid olunan döyüş dəbilqələrinin üzərində həkk edilmiş qayı boyu damğası “İYİ». Oğuz Xan oğlu Gök Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Bu səbəblə Qayı boyu Oğuz boyları arasında ilk sırada göstərilməkdədir. Dədə Qorqud gələcəkdə xanlığın yenidən Qayıya dönəcəyini bildirərək Osmanlılara xəbər vermişdi. Osmanlı bəyliyinin rəsmi rəmzi kimi tanınan bu işarə qədim oğuzlarda hakimiyyət və vassallıq bildirən damğaların birliyidir. Azərbaycan memarlıq abidələrində və məzar daşları üzərində həmin damğanın variantına rast gəlinir.