vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
12:26 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada görünməyən yağ böhranı

Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycana kərə yağının idxalını nəzarətdə saxlayan inhisarçılar deyəsən ilk dəfə haqlı çıxacaqlar. Çünki Azərbaycanda kərə yağının kəskin (2.5 dəfəyə yaxın) bahalaşmasının səbəbinin bu məhsulun idxalına nəzarət edən hansısa inhisarçılar olduğu barədə söz-söhbətlər özünü doğrultmur. (Hərçənd Dövlət Gömrük Komitəsi kərə yağı idxalında inhisarın olduğunu təkzib edib.) Əsas səbəb kərə yağı qıtlığıdır ki, bunun nəticəsində Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada əməlli-başlı böhran yaranıb. Virtualaz.org xəbər verir ki, bu ölkədə kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb.

«The Guardian» qəzeti yazır ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə zarafatla bir yarısı yeyilmiş paket yağı 250 avroya satmağa təklif edirlər.

Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər. Nəhayət, bu həftə Fransa qəzetləri də kərə yağı qıtlığının İkinci Dünya Müharibəsindən indiyədək görünmüş ən ciddi səviyyəyə çatdığını yazıblar.

Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb. Nəticədə bir çox şirniyyat və çörək mağazaları normal istehsal rejimini qüvvədə saxlaya bilmirlər.

Hətta Fransanın kərə yağına görə məşhur olan Brittany və Normandy bölgələrindəki mağazalarda kərə yağı soyuducuları boş qalıb. Bəzi şirniyyatçılar qiymətləri qaldırmağa və ya kifayət qədər yağ əldə etmədikləri halda işçilərin iş saatlarını kəsməyə məcbur olublar.

Fransanın kənd təsərrüfatı və qida naziri Stefane Travert qıtlığın tezliklə, süd istehsalının normal səviyyəyə qalxmasından sonra aradan qaldırılacağını deyib. Lakin bəzi sənaye və kənd təsərrüfatı xadimləri azalmış süd istehsalının yaratdığı vəziyyətin qışa qədər davam edə biləcəyini deyirlər. Kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb.

Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib. Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb.

Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb. Mağaza və supermarketlər isə qiymətləri hər ilin əvvəli bir illik müddətə müəyyən etdiklərinə görə, bazardaki bu dəyişikliyin qiymətlərə təsiri olmayıb. Buna görə, istehsalçıların çoxu kərə yağını yerli bazarlarda satmaq əvəzinə xaricə ixrac etməyi üstün tuturlar.

Qeyd edək ki, Fransadan fərqli olaraq Azərbaycan mağazalarında bu ölkənin istehsalı olan kərə yağlarının qıtlığı yaşanmır, lakin bu yağların 1 kiloqramının qiyməti 20-22 manata yaxındır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *