vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
16:12 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 2702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sərkisyanın terror barədə məlumatı olub»

Nikol Paşinyan: «Onun vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Seçkilərin gedişatında, hansıların ki, nəticələri əvvəlcədən heç kimdə şübhə doğurmurdu, formalaşdırılmış parlament və hökumət 27 oktyabr 1999-cu ildə başsız qaldı». Virtualaz.org «Lragir»ə istinadən bildirir ki, bunu bu gün Ermənistan parlamentində «Yelk» fraksiyasının rəhbəri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, o vaxt heç kim şübhələnmirdi ki, parlament xalqın etimad rəyi ilə formalaşdırılır, halbuki ondan əvvəlki və sonrakı seçkilər cəmiyyətdə əsaslandırılmış şübhələrə səbəb olurdu.

«Xatırlatmaq istəyirəm ki, 27 oktyabr 1999-cu ildə Serj Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin başçısı postunu tuturdu, baş nazirin, spikerin və parlamentin deputatlarının müdafiəsi onun birbaşa vəzifəsinə daxil idi. Onun həmin vəzifədə olduğu dövrdə Ermənistanda daha çox rəsmi şəxslər öldürüldü. Mən hələ onu demirəm ki, sonradan aydınlaşdığı kimi, hüquq-mühafizə orqanları 27 oktyabrdan əvvəl terror aktına hazırlıq haqda informasiyaya malik olublar. Və Milli Təhlükəsizlik Xidməti qabaqlayıcı ölçülər götürməyə təşəbbüs göstərməyib», - deyə N.Paşinyan vurğulayıb.

Araşdırmaya və məhkəmə prosesinə gəlincə, Paşinyan qeyd edib ki, terror aktının təşkilatçıları haqqında ayrılmış hissə var. Yəni o məsələ ki, təşkilatçılar olub, rəsmi versiyaya daxil edilib. Amma işin bu hissəsi lazımi şəkildə araşdırılmır.

«Nə qədər ki, Serj Sərkisyanın müvafiq təsir imkanları var, bu iş vicdanla araşdırılmayacaq», - Paşinyan qeyd edib.