vaxtlı-vaxtında oxuyun! Cümə, 19 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9550 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2267 AZN
Türk lirəsi 1 TRY = 0.3042 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
21:52 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 1148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kataloniyanın nəyi çatmırdı?

Bölgə əhalisi bütün sahələrdə ölkənin digər yerləri ilə müqayisədə daha üstün imkanlara malik idi

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kataloniya İspaniyanın ən zəngin regionudur. Burada insanların rifah səviyyəsi ölkənin digər hissəsi ilə müqayisədə yüksəkdir. Bölgədə adambaşına düşən ÜDM-in həcmi 30 min avro civarındadır, İspaniyanın digər hissəsində isə 23 min. İşsizliyin səviyyəsi ölkənin digər regionları ilə müqayisədə aşağıdır. Cəlb olunan xarici sərmayələrin həcminə görə də Kataloniya İspaniyanın digər bölgələrini üstələyir.

Siyasi hüquqlar da öz yerində: İspaniya demokratik ölkədir, Avropa Birliyinin üzvüdür. Region muxtar statusa malik idi, özü özünü idarə edirdi. Katalonların əsas narazılığı mərkəzi büdcəyə böyük məbləğdə vergi ödənilməsi ilə bağlı idi. (Onların iddiasına görə ildə 16 milyard avro, Madridə görə 10 milyard avro.) Düşünürlər ki, müstəqillik əldə etməklə indiki durumu qorumaqla bərabər, mərkəzi büdcəyə ödədikləri vergilər də ciblərində qalacaq. Ayrılıq əgər Çexiya-Slovakiya variantı ilə həyata keçsəydi, bu fikirləri qəbul etmək olardı. Amma Madridin və Brüsselin (AB) qəbul etmədiyi bir şəraitdə müstəqillik sevdası Kataloniya üçün xoş perspektiv vəd etmir.

Kataloniyanın ixracının 80 faizi İspaniyanın digər bölgələrinin və AB-nin payına düşür. Əgər İspaniya fiziki sərhədlər qursa, gömrük məntəqələri yaratsa, nə baş verəcək? Təbii ki, mal və xidmətlər indiki kimi sərbəst, gömrük rüsumları olmadan dolaşa bilməyəcək. Xarici kapital, böyük biznes mübahisəli hüquqi duruma malik, biznes mühitinin korlandığı bölgədə qalacaqmı? Təbii ki, yox. Referendumdan bu yana 2 min civarında şirkət mərkəzi ofisini Kataloniyadan köçürüb, mübahisələrin uzanacağı təqdirdə isə onlar istehsalı da İspaniyanın digər regionlarına köçürəcəklər, mərkəzi hökumət də bu prosesi təşviq edəcək. Turistlər əvvəlki səviyyədə Barselonaya gələcəkmi? Böyük ehtimalla yox. AB tanımadığı üçün avrozonadan çıxmaq məcburiyyəti də yaranacaq ki, bu halda hansı xaosun yarana biləcəyini təsəvvür etmək çətin deyil.

Bütün bunlar zəncirvari şəkildə ticarət dövriyyəsinin, ixracın, gəlirlərin azalmasına, işsizliyin artmasına, ümumilikdə bölgə əhalisinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq.

Dəyərmi?

Kataloniyadakı əhval-ruhiyyəni dəqiq bilmirəm. Amma referendumdan öncə keçirilən rəy sorğusunda əhalinin əksəriyyəti yalnız dinc yolla ayrılığı dəstəklədiyini bildirmişdi və nəyin bahasına olursa olsun ayrılmağa tərəfdar çıxanlar 37 faiz təşkil edirdi. Referendumda iştirak faizi cəmi 43 faiz oldu. (90 faiz lehinə.)

Bu müstəqillik legitim deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)