vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
23:57 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milliyə Di Matteo başçılıq edə bilər

AFFA rəhbərliyi italiyalı məşqçi ilə əlaqə saxlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər. «Tuttomercato» nəşri yazır ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.

Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.

Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin «Çelsi» komandasında ikən qazanıb. Onun rəhbərliyi altında «zadəganlar» 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. «Qarabağ»ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin «Çelsi»dən sonra Almaniyanın «Şalke» (2014-2015) və İngiltərənin «Aston Villa» (2016) komandalarına da rəhbərlik edib.

11 gün əvvəl İngiltərənin «Aston Villa» klubu ilə yollarını ayırıb.