vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
13:08 | 28 oktyabr 2017 | Şənbə Məqaləyə 4575 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krımda yenidən referendum keçirilməlidir»

Kseniya Sobçak: «Orda yaşayan insanlara geosiyasət subyekti kimi yanaşa bilmərik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan etmiş jurnalist Kseniya Sobçak bildirib ki, Krımda yenidən referendum keçirilməlidir. Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, məşhur teleaparıcının sözlərinə görə, o, Krımda prezident kampaniyası aparmayacaq, çünki həmin yarımadanı Ukraynanın ərazisi hesab edir.

Yekaterinburqda keçirdiyi görüşdə Kseniya Sobçak bir daha qeyd edib ki, Rusiya özünün beynəlxalq öhdəliklərini pozub və 2014-cü ildə Krımda baş verənləri referendum adlandırmaq olmaz.

«Bu əsas başlanğıc nöqtəsidir. Krımda insanlar yaşayır. Biz onlara geosiyasət subyekti kimi yanaşa bilmərik. Mən vəziyyətdən çıxışı yalnız yeni, tam sərbəst referendumun keçirilməsində görürəm», - Sobçak deyib.