«Özü də uzun müddətə»
ABŞ Rusiya silahının Azərbaycana çatdırılmasına mane olacaq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
ABŞ-ın yeni sanksiyaları Azərbaycana silahın mümkün çatdırmalarına mane olacaq, çünki bu, şirkətlərlə ticarət edənlərin hamısının cəzalandırılması üzrə geniş imkanlar verir.
Bunu virtualaz.org-a Rusiyada çıxan «Silahların ixracı» jurnalının baş redaktoru, Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin eksperti Andrey Frolov deyib.
Qeyd edək, dünən ABŞ Dövlət Departamentində yeni sanksiyaların Rusiya silahlarının ixracatına mümkün təsiri haqda danışıblar.
«Yeni anti-Rusiya sanksiyaları yüksək texnologiyalı Rusiya silahlarının nümunələrinin üçüncü ölkələrə satışına toxuna bilər», - deyə RİA Novosti Dövlət Departamenti nümayəndəsinin jurnalistlərə dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, «qanunun bu bölməsi Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat sektorundakı şəxslərlə əhəmiyyətli sazişlərə, o cümlədən yüksək texnologiyalı silahların bütün dünyada satışı üzrə məsələlərə toxunur».
Dövlət Departamenti Rusiya Hərbi-Sənaye Kompleksinin sanksiya tətbiq olunan 33 şirkətinin siyahısını yeniləyib.
Tramp administrasiyasının nümayəndələri «The New York Times» qəzetinə bildiriblər ki, bu siyahı öz-özlüyündə sanksiyaların kəskinləşdirilməsi deyil, amma ona elə təşkilatlar daxil edilib ki, «onlar ya Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat idarələrinin bir hissəsidir, ya da onun xeyrinə işləyirlər».
Andrey Frolovun sözlərinə görə, vəziyyət ciddidir. «Və görünür ki, getdikcə daha pis olacaq. Özü də uzun müddətə», - deyə ekspert vurğulayıb.