vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
23:37 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 3304 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barselonada kütləvi nümayiş

Etirazçılar mitinqdə İspaniya bayraqlarını dalğalandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Barselonada İspaniyanın bölünməzliyinin müdafiəsi məqsədilə keçirilmiş nümayişdə yüz minlərlə insan iştirak edib. Nümayişə Kataloniyanın İspaniyadan ayrılmasının əleyhinə olan vətəndaşlar qatılıb.

Mitinqdə iştirak edənlərin çoxu Kataloniyanın vəzifəsindən kənarlaşdırılmış lideri Karles Puçdemontun (Carles Puigdemont) həbs olunmasına çağırıb.

Kataloniya müstəqilliyini elan etdikdən sonra Madriddəki mərkəzi hökumət muxtariyyətin lideri Karles Puçdemontu vəzifəsindən kənarlaşdırıb və regionun Madridin birbaşa idarəçiliyinə keçdiyini elan edib.

Bazar günü Belçikada hökumət üzvlərindən biri Puçdemonta Belçikada siyasi sığınacaq verilə biləcəyini dilə gətirib.

Puçdemontun separatçı Kataloniya höküməti İspaniya Konstitusiya Məhkəməsinin qərarına zidd olaraq müstəqillik referendumunu keçirdikdən sonra ölkə konstitusiya böhranı ilə üzləşib,

Kataloniya polisinin bildirdiyinə görə, Barselonda bazar günü təşkil olunmuş mitinqdə azı 300,000 adam iştirak edib.

Mitinqin təşkilatçıları və Madriddəki hökumətin bildirdiyinə görə isə, aksiyada 1 milyondan çox insan iştirak edib.

Kataloniyanın veteran siyasətçisi və Avropa parlamentinin keçmiş prezidenti Cosep Borrell (Josep Borrell) nümayişçilər qarşısında etdiyi çıxışında deyib ki, Kataloniyanın keçmiş separatçı liderlərinin bütün regionun adından danışmaq ixtiyarı yoxdur.