vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 15 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
13:04 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kontekst və tekstin fərqi

Dili bilməkdən öncə, onu duymaq, onun içində özünü görmək gərəkdir

Erkin QƏDİRLİ

Dilçilərimizin «proqnoz» sözünün dilimizə «öncəgörmə» kimi çevirmək təklifi çox müzakirə olundu. Xeyli irad bildirildi. Bu çevirməni mən də uğursuz sayıram, amma başqa anlamda.

Öncə onu deyim ki, dilçilərimiz düzgün yöndə düşünüblər. Amma gəldikləri nəticə doğru deyil. Yunan dilində «pro» - «ön» deməkdir. «Öncə» yox, «ön»! «Qnosis» Yunan dilində bilik anlamını verir. Yəni, hərfi çevirmədə «proqnoz»un dilimizdə anlamı «önbilik» olmalıdır. Bununla belə, bu çevirmə doğru olsa da, yerində deyil, çünki «önbilik» sözü «a priori knowledge» ifadəsini İngiliscədən çevirmək üçün daha yararlıdır.

İngilis dilində «proqnoz» anlamını verən «forecast» sözü vardır. «Fore» - yəni, «ön». «Cast» sözünün ilkin anlamı «atış»dır. Beləliklə, İngilis dilində «forecast» sözü «önatış» anlamını verir. Konteksti nədir? Konteksti nərd oyunun İngiltərə'yə gətirilməsindən sonra yarandı. Zər atışından öncə hər birimiz taxtaya baxır, bizə uyğun, ya da gərəkli olan nəticəni görməyə çalışırıq. Örnəyi, «şeşi-beş lazımdır» qənaətinə gəlirik. Bu, ağlımızda etdiyimiz atışdır («önatış»). Yəni, proqnoz qururuq. Sonra zəri əlimizlə atırıq. Yekunda, zərin göstərdiyi nəticəni oynamalıyıq. Zərin əlimizlə atışıyla zərin ağlımızla atışı (forecast - önatış) bir-birinə uyğun gəlmir çox zaman. Başqa sahələrdə «proqnoz» adlandırılan qavram da bu konteksti bildirir.

Odur ki, İngilis dilində olduğu kimi («forecast»), bizim dildə də anlam bu olmalıdır - «önatış». «Atış» sözü kiməsə qəribə görünsə, «göz atmaq» söz birləşməsini yadına salsın. «Göz atmaq» nəyə deyilir? Baxmağa. İngilis dilində də elədir - «to cast an eye» («göz atmaq»). Başqa sözlə, baxmaq. Ağlın yolu birdir. Yəni, «önatış» sözü burada olduğu kimi dilimizə yatmaya bilər, amma «atış» sözünün bu kontekstdə, az öncə göstərdiyim kimi, «baxış» sözünə yaxın olduğuna görə (göz atmaq = baxmaq), «proqnoz» sözünü «önbaxış» kimi dilimizə rahat çevirmək olar (və lazımdır). «Önbaxış», şübhəsiz ki, «öncəgörmə»dən daha uğurlu çevirmədir. «Baxmaqla» «görmək» eyni şey deyil, hər halda.

İngilis dilindəki «cast» sözünü anlatmağa davam etsəm, gəlib bir də «broadcast» sözünə çıxasıyıq. «Broadcast» - bugünku zamanda tele-radioyayıma deyilir. Amma sözün ilkin anlamı bu olmayıb, təbii ki. «Cast» sözü, yuxarıda yazdığım kimi, «atış/atmaq» deməkdir. «Broad» sözü İngilis dilində «en» anlamını verir. Düşünün, «forecast» = «önatış», «broadcast» = «enatış». Gözəl və aydın çevirmədir, deyilmi? Yəni, ikincidə biz nəyisə önünə deyil, eninə atmış oluruq. Əski zamanlarda İngilis dilində «broadcast» («enatış») toxum səpininə deyilirdi. Kəndli toxumu önünə deyil, eninə atırdı. Bu gün bu söz tele-radioyayımı bildirmək üçün istifadə olunur. Kontekst eynidir - enatış. Sadəcə bu dəfə eninə atılan toxum deyil, məlumat olur.

Dili bilməkdən öncə, onu duymaq, onun içində özünü görmək gərəkdir. Ona görə də kontekst tekstdən daha önəmlidir. Kontekst olmasa, tekstin nə dediyini anlayası deyilik.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)