vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
14:27 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bərzanini yanlış yönləndirdik»

Fransız diplomatdan etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzanini «müstəqillik referendumu»na təşviq edən fransız diplomat səhv etdiyini etiraf edib. APA TV-nin məlumatına görə, 2008-2012-ci illərdə Fransanın Ərbildəki ilk konsulu olan Frederik Tissot Bərzanini yanlış yönləndirdiyini deyib.

«1920-ci illərdən bəri ilk dəfə kürd liderlər Kərkükü itirdi. Bu, kürdlər üçün xəyal edilə bilməzdi. İndi daha da pisi odur ki, Kərkükü geri almaq mümkün görünmür» - deyən Tissot Bərzani və Təlabani dövrünün bitdiyini düşünür. Digər tərəfdən, etdiklərinə görə də utanc hissi keçirdiyini bildirir: «Bəli, yanlış yönləndirdik. Haqlıdırlar. Referendumdan sonra kürd xalqı üçün çıxan nəticəyə baxın. Aparılan analizlər, verilən məsləhətlər yanlış idi. Bu mənim üçün fəxr deyil, utancdır».

Qeyd edək ki, Frederik Tissot daha çox referendumdan bir gün sonra Bərzani və kürd rəsmilərlə çəkdirdiyi fotosu ilə yadda qalıb. Fransız diplomat həmin foto çəkilən zaman Bərzaninin «Son axşam yeməyi» rəsmindəki İsaya bənzədiyini də qeyd edib.

Xatırladaq ki, Məsud Bərzani muxtariyyət parlamentinə istefa məktubu göndərib. Parlament onun istefasını qəbul etdikdən sonra Bərzani tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin bir çox yerlərində aksiyalar keçirilib, Bərzaniyə müxalif partiyaların qərargahları yandırılıb.