vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:41 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2763 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hava kəskinləşəcək

Sabah gündüz yaz, axşam payız havası olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 14-17, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 31-i axşamdan noyabrın 2-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.