vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏHİYYƏ, ORDU  
10:09 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2481 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qrip yenə can alır

Meksikada 16 gündə 32 nəfər ölüb, Çində isə 96 nəfər yoluxub ...

MÖVZU İLƏ ƏLAQƏLİ

İlin ilk 23 günü ərzində Meksikada qrip epidemiyası səbəbindən həyatını itirənlərin sayı 130-u ötüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2014-cü il, yanvarın 16-sı ilə müqayisədə, ölənlərin sayı həftə ərzində 322% artıb (ayın ilk 16 günündə 32 nəfər ölüb).

Belə ki, 123 nəfər «donuz qripindən» dünyasını dəyişib, 10 nəfər – «A», 2 nəfər «B» və H3N1 viruslarının qurbanı olub.
Ölüm hallarının ən çoxu Aşağı Kaliforniya ştatında (21), İdalqo ştatında (12) və ölkənin Federal dairəsində baş verib (13).  
Xatırladaq ki, ilk dəfə «donuz qripi» epidemiyası 2009-cu ildə məhz Meksikada baş qaldırıb.
Çində isə H7N9 quş qripinin yayılması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin səhiyyə orqanlarının məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib.
Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb.
Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb.
Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə  yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib.