vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏHKƏMƏ, İSTİNTAQ  
21:40 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çovdarova 12 il həbs verildi

Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Bundan başqa, Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.

DTX-nin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

 

***

 

15:58

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə hakimlər kollegiyası müşavirədən qayıdıb.

Virtualaz.org-un məlumatına görə, artıq hakim Həbib Həsənovun sədrliyi ilə hökmün elanına başlanılıb.

 

***

 

09:53

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatmalıdır.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilməsi nəzərdə tutulan iclasda təqsirləndirilən şəxslərə hökm oxunması gözlənilir.

Bundan əvvəlki - oktyabrın 4-də baş tutmuş iclasda təqsirləndirilən şəxslərdən sonuncusu A.Çovdarov son söz deyib. Sabiq MTN generalının son nitqindən sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu gün saat 14:30-da məhkəmə heyəti müşavirədən qayıdıb hökmü elan edəcək.

Dövlət ittihamçısı A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S.Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.