vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
23:37 | 31 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edildi

«Dövlət xidməti haqqında» qanundakı dəyişlkliklər qəbul olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini və dövlət müşaviri vəzifələri ləğv edilib. «Trend» bildirir ki, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında «Dövlət xidməti haqqında» qanunun 11-ci maddəsinə (inzibati və köməkçi vəzifələrin təsnifatı) dəyişlkliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanın dövlət müşaviri vəzifəsi təsnifatdan çıxarılıb. Yuxarıda göstərilən maddədən, həmçinin, inzibati vəzifələrin birinci kateqoriyası (Azərbaycan Prezidenti Administrasiyası başçısı müavininin vəzifəsi) çıxarılıb.

Dəyişikliklərdən sonra təsnifatlarda bu vəzifələr əksini tapıb: Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri, Milli Məclis Aparatının rəhbəri, Konstitusiya Məhkəməsi Aparatının rəhbəri, Azərbaycan dövlət başçısının səlahiyyətlərini icra edən orqanın Aparat rəhbəri, Azərbaycan dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən başqa orqanların rəhbərləri, Ali Məhkəmə Aparatının rəhbəri.

Səsvermədən sonra layihə qəbul edilib.

Virtualaz.org xatırladır ki, Prezident Administrasiyasının yenidən strukturlaşdırılmasından sonra Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin müavinləri Azərbaycan Prezidentinin köməkçiləri təyin edilmişdilər. Hərçənd ki, Prezidentin bəzi köməkçiləri, Prezident Aparatının əvvəlki strukturuna uyğun olaraq, paralel şəkildə Administrasiya rəhbərinin müavini vəzifələrini tuturdular.

Qeyd edək ki, administrasiyada idarəetmənin, məcazi mənada Amerika üsulu adlandırılan oxşar modeli, prezident üsul-idarəsinin mövcud olduğu bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur.