vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
11:49 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 1934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəqibdən qorxmadıq»

Maksim Medvedev: «Üçüncü olmaq şansımız var və buna inanırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş «Atletiko» ilə oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ sizi həmin müsahibə ilə tanış edir:


- Matç çətin keçdi?

- Karyeramızın ən vacib oyununa çıxırdıq. Hamımız səbirsizliklə gözləyirdik ki, nəticə necə olacaq? Rəqibdən çəkinmədik, qorxmadıq, əlimizdən gələni elədik ki, tapşırıqları yerinə yetirək. Qırmızı vərəqəyə qədər hər şey super idi. Ondan sonra oyun tam sındı, müdafiəyə oturduq və sürətlə gücümüz azalmağa başladı. 20-25 dəqiqə «Atletiko»ya qarşı 10 nəfər oynamaq çox çətindir.

 

- «Atletiko»dan iki oyunda xal aldınız. Növbəti ev oyununda «Çelsi»dən də xal almaq olarmı?

- İndi kim oyunumuzu izləyir, tələb edir ki, hamıdan xal alaq. Ancaq biz özümüz də dərk edirik ki, asan bir şey deyil. Əgər oyun alınsa, əlbəttə ki, xal götürmək olacaq. Yaxşı analiz edəcəyik. «Çelsi»dən ilk matçda 6 qol buraxmışdıq. İndi çalışmalıyıq ki, rəqibdən qorxmayaq, öz oyunumuzu göstərək, onda nəticə də olacaq.

 

- Heç olmasa, üçüncü yeri tutub Avroliqaya getmək haqqında düşünürsüz?

- Biz qrupa çıxanda hamı sevindi və artıq nəsə tələb olunmurdu. Üzərimizdə də təzyiq yox idi. Ona görə də sərbəst çıxırıq və bacardığımızı edirik. Sərbəstlik olanda futbolçu öz potensialını göstərə bilir. İndi 3-cülük üçün də şansımız var və buna inanırıq.

 

- Keçən matçda Dino, indi də Pedro qırmızı vərəqə aldı. Bunlar komandaya nə dərəcədə təsir edir?

- Həm Dino, həm Pedro komanda üçün böyük fiqurlardı. Bu gün Ndlovunun yerində Ramil var idi, çalışırdı ki, yoxluğu bilinməsin. Ancaq onlar fərqli oyunçulardı. Gələn görüşdə də Pedronu kimsə əvəz edəcək. İstər-istəməz sistem dəyişəcək. Ancaq bizim yaxşı ehtiyat qüvvəmiz var və onlar «qırmızı» alanları layiqincə əvəzləyəcəklər.