vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
13:02 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 1832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf ki, ...»

Serj Sərkisyan: «Yaxın günlərdə Rusiyadan yeni silahlar gözləyirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın zamanda Moskva İrəvana mövcud müqavilə əsasında yeni dəst silahlar yollamalıdır. Ermənistan prezidenti Serj Sərkisyan RİA «Novosti»yə bildirib ki, imzalanmış 100 m ilyon dollarlıq yeni kredit sazişinin gerçəkləşdirilməsinə bütün dövlətlərarası razılaşmaların başa çatmasından sonra başlanacaq.

«Bu ilin sonuna kimi biz hələlik köhnə müqaviləni həyata keçirəcəyik. Yaxın günlərdə yeni silah partiyasının göndərilməsini gözləyirik və ilin sonuna kimi əvvəlki müqavilə üzrə bütün sualları bağlayacağıq», - Sərkisyan bildirib.

2015-ci ilin iyun ayında Rusiyanın Ermənistana 200 milyon dolar məbləğində ixracat kreditinin ayrılması barədə saziş imzalanıb. Həmin saziş çərçivəsində Rusiya istehsalı olan silah-sursatın alışı nəzərdə tutulub.

«Biz İrəvanda yeni müqavilə imzalamışıq və o, Rusiyada və Ermənistanda bütün instansiyalardan keçməlidir, sonra isə ratifikasiya olunmalı və yalnız bundan sonra proqramın həyata keçirilməsi üçün Rusiyadakı müvafiq istehsalçılarla işə başlamalıyıq. Təəssüf ki, bu işlər belə tezliklə başa gəlmir», - Ermənistan prezidenti əlavə edib.

Sazişin şərtlərinə əsasən, Ermənistan alacağı silah-sursata görə onun məbləğinin 10 faizini ödəməlidir. Yerdə qalan 90 faiz isə Rusiyanın təqdim etdiyi kreditin hesabına bağlanacaq. Kredit 15 il müddətinə illik 3 faiz dərəcəsi ilə təqdim olunub. Ermənistan kredit vəsaitlərindən 2018-2022-ci illər ərzində yararlanmalıdır.