

Putin nəhayət işə qarışdı, Moskva və İrəvan Ermənistandakı inqilabı müzakirə etdi
Ankara Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər
Ermənistandakı siyasi böhran işğalçı ölkənin Azərbaycanla münasibətlərində və konfliktin taleyində mühüm iz qoya bilər, əgər...
Qərb mətbuatı: “Ermənistandakı hadisələr Putin sisteminə qarşı qazanılan qələbədir”
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı
Sərkisyan onu aşa bilmədi...
Mixail Saakaşvili Ermənistanda baş verən hadisələri dəyərləndirdi
Tramp da erməniləri məyus etdi
Amanda Pol: “Parlament seçkiləri Ermənistanda real dəyişikliklər etmək üçün növbəti addım olmalıdır”
“Ermənistandakı hadisələrə Azərbaycanın siyasətinin birbaşa təsiri var”
Lavrov ABŞ-Rusiya münasibətlərindən danışdı: “Tramp Putini Ağ Evə dəvət edib”
“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya da Sərkisyanı dəyişdirəcək, amma...”
Şübhələr təşvişə döndü
Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır, amma hələlik …
Putinə yaxın fiqurların dumanlı albiondakı mülklərinin ümumi dəyəri 1,1 milyard funt sterlinqdən çoxdur
Metyu Brayza: «Saakyanla görüşən senator korrupsiya fəaliyyətinə görə FTB tərəfindən istintaqa cəlb edilib»
ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb.
ABŞ özü həmin şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edib. İndi təzə söhbət ondan ibarətdir ki, bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar da ABŞ-ın sanksiyasına məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var, çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız «iri tranzaksiyalar» yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın.
Buradan belə nəticə hasil olur ki, Azərbaycan və Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər, çünki hər iki ölkə Rusiyadan külli miqdarda silah alır. Eləcə də, Türkiyənin Rusiya ilə «S-400» anlaşması da, reallaşacağı təqdirdə, sanksiya altına düşə bilər. Bir daha qeyd edim ki, bu məsələdə qeyri-müəyyənlik var və hansı məbləğdə anlaşmaların sanksiyaya məruz qalacağı bəlli deyil.
Ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır.
Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır...
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək