vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
14:57 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 2474 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəbələ»dən bir oyunda 22 qol

Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. «Qəbələ» Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. «Qəbələ» U-17 Liqasında «Qarabağ»la qarşılaşıb. Qəbələlilər ev oyununda böyük hesabla qalib gəlib – 4:1. 8 oyunda 20 xal toplayan komanda 1-ci pillədə qərarlaşıb.

«Qarabağ»ı qəbul edən U-16 da qələbə qazanıb – 3:1. 6 oyunda 16 xal toplayan «Qəbələ» yarışın lideridi.

U-15 rəqib meydanında İsgəndər Cavadov BFA üzərində qələbə əldə edib – 3:0. 6 görüşdə 16 xal toplayan komanda liqanın turnir cədvəlinə başçılıq edir.

U-13 isə İsgəndər Cavadov BFA üzərində qələbə əldə edib – 12:0. Ardıcıl 5-ci qələbəsini qazanan «qırmızı-qaralar» 15 xalla zirvədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları 7-ci turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət «Qəbələ» Yevlax UGİM-ini 7:0, UGİM isə Yevlaxın UGİM «Rabitəçi»sini 1:0 hesabı ilə məğlub edib. 7 turdan sonra ilk iki pillədə qərarlaşan «Qəbələ» təmsilçilərinin hərəsinin 18 xalı var.

U-11 Liqasında da «Qəbələ» komandaları eyni rəqiblərlə qarşılaşıblar. «Qəbələ» 10:0, UGİM 5:1 hesablı qələbə əldə edib. 7 turdan sonra yarışın lideri olan «Qəbələ»nin 21 xalı var. UGİM-in hesabı 15 xaldan ibarətdi.

«Qəbələ»nin U-10 Liqasındakı üç komandası da qələbə qazanıb. «Qəbələ» İsmayıllı UGİM-inə 22:0, UGİM Yevlax UGİM-inə 6:0, Gİİ Ağdaş UGİM-inə 9:3 hesabı ilə qalib gəlib. Hərəyə 6 matç keçirən bölgə təmsilçilərindən «Qəbələ» 18, Gİİ 12, UGİM 9 xala malikdi.