vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
14:48 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 3213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurban Qurbanov milli komandada!

Elxan Məmmədovun heç bir bəhanəsi qalmayıb

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin olunacaq. Noyabrın 3-də AFFA İcraiyyə Komitəsinin növbəti iclasında məhz o, Robert Prosineçkinin vakant qoyduğu posta əsas, ola bilsin, yeganə namizəd olacaq.

Bu qərar yuxarı səviyyədə verilib. Bu səbəbdən AFFA-nın baş katibi Elxan Məmmədovun heç bir bəhanəsi qalmayıb. O, böyük pulların dövr etdiyi, bu səbəbdən xüsusi maraq göstərdiyi əcnəbi məşqçi strategiyasından əl çəkməli olacaq.

Məmmədov İcraiyyə Komitəsinin iclasını «Atletiko» ilə səfər matçından sonraya salmaqla taktiki gediş etmişdi. Əksəriyyət ağdamlıların Madriddə darmadağın olacağını və bundan sonra Qurban bəyin nüfuzuna qismən zərbə dəyəcəyini düşünürdü. Məmmədov da bunu fürsət bilib, əcnəbi məşqçi təklifini rahatlıqla verəcəkdi. Lakin «Qarabağ»ın İspaniyada tarix yazması, həm də bunu gözəl oyunla reallaşdırması vəziyyəti kökündən dəyişdi.

Son günlər Qurbanovun həm millidə, həm də «Qarabağ»da çalışmasının problem yaradacağıyla bağlı söhbətlər müzakirə olunurdu. Bu da bilərəkdən ortaya atılmış iddia idi. Çünki ağdamlıların buna razılaşmayacağı hamıya bəllidi. Klub əla temp tutub və uğurlarının davamını gətirməyi, strategiyaya sadiq qalmağı lazım bilir. «Qarabağ»ın vitse-prezidenti Tahir Gözəl də yalnız kluba ziyan verməyəcəyi halda, bu varianta razılaşacaqlarını bildirmişdi. Lakin ən üst səviyyədə müdaxilədən sonra bu problem də aradan qalxdı.

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun Madriddə verdiyi müsahibə buna sübutdur. Veteran Qurbanovun iki komandada çalışmasını istəmədiyini, bunun problem yaradacağını bildirmişdi. Amma bir müddət sonra bəzi saytlarda həmin sitat dəyişdirildi və Qurbanovun artıq özünü sübut etdiyi, milliyə də belə bir məşqçinin rəhbərlik etməli olduğu haqda cümlələr əvvəlkiləri əvəz etdi. Yəqin ki, Cavadova da vəziyyət izah olundu və o, sözünü dandı.

Ümumiyyətlə, son günlər Qurbanovu sıradan çıxarmaq üçün başqa cəhdlər də oldu. «Səbail»lə oyunda hakim məşqçinin əsəbləriylə oynayacaq qərarlar verdi. Sanki Qurbanovun əsəbləri yoxlanılır və onun xoşagəlməz ifadə işlətməsi istənirdi ki, yuxarılara bu barədə raport verilsin. Amma Qurban bəy yenə təmkinli oldu və daha bir qələbəsini meydandan kənarda qazandı.

Beləliklə, Qurbanovun milli yolu açıqdır. İndi son planlaşdırmalar gedir. Qurbanov ya hər iki komandada qışda karyerasını başa vuracaq Rəşad Sadıqovla çalışacaq, ya da klubu kapitanın ixtiyarına buraxıb, özü milliyə gedəcək. İstənilən halda, yığmanın əldən çıxması baş katibə böyük zərbədir. Çünki milliyə Məmmədovun göstərişləriylə oturub-durmayacaq, öz komandasını quracaq nüfuz sahibi gəlir. (Futbolinfo.az)