vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
17:00 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunu heç vaxt qəbul etməyəcəyik!»

Türkiyədən Rusiyaya sərt etiraz

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi Moskvanın Suriya məsələsinin müzakirə olunduğu Astana toplantısına PYD-ni dəvət etməsi Ankaranın etirazına səbəb olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bunu əsla qəbul etməyəcəklərini bildirib.

«PYD/YPG terror qruplaşmalıdır, onlar PKK-nın Suriyadakı qoludur. Suriyanın bölünməsinə, özlərinə ərazi yaratmaq istəyən qruplaşmanın Astanada işi ola bilməz. Bizim terror təşkilatlarının üzvü olmayan kürd vətəndaşların dəvət olunmasına etirazımız yoxdur. Tərəfdaşlarımızın bizi anlayacağına ümid edirik» - deyə, Kalın qeyd edib.

Suriyada atəşkəs bölgələrinin yaradılması prosesinin davam etdiyini deyən Ankara rəsmisi ölkəsinin üzərinə düşən vəzifənin İdlibdə asayişin bərqərar edilməsi olduğunu deyib. Hazırda vəziyyətin nəzarətdə olduğunu deyən İbrahim Kalın bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.