vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KRİMİNAL, CİNAYƏT  
10:01 | 2 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qoca» öldürüldü

Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıdakı atışmada yaralanan «Qoca» ləqəbli Etibar Məmmədov ölüb. Bu barədə «Report»a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə «Qoca» ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, «Qoca» ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, «Qoca»nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin «Qoca» ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

 

***

 

Bakının Qaradağ rayonunda «Qoca» ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

«Report»un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov da zərərsizləşdirilib.

 

***

 

02:00

Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

«Report» xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə «Qoca» ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, «Qoca» ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, «Qoca»nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin «Qoca» ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb. Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.