vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
17:40 | 2 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hazırkı valyuta sistemi yanlışdır»

Rusiya pul tənzimlənməsinə görə ildə 100 milyard dollar itirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya iqtisadiyyatı mövcud valyuta tənzimlənməsi sisteminə görə ildə 100 milyard dollar itirir. «Report» xəbər verir ki, bu açıqlamanı «Rambler News Service» portalına Rusiya Prezidentinin müşaviri Sergey Qlazyev verib.

«Maliyyə bazarında həyata keçirilən əməliyyatların demək olar ki, 30 faizi qeyri-rezidentlərin lehinə baş verir. Onların arasında əksəriyyət pullarını Rusiyadan çıxaran yerli fiziki və hüquqi şəxslərdir. Nəticədə, qeyri-bərabər mübadilə ortaya çıxır: ucuz pullar vergi ödənilmədən rahatlıqla Rusiyadan çıxır, əvəzində isə bahalı pullar maneələrlə üzləşərək Rusiyaya gəlir. Bu əməliyyatlardan Rusiya ildə 100 milyard dollar itirir. Hazırkı valyuta sistemi yanlışdır», - deyə Qlazyev əlavə edib.

Qlazyev bildirib ki, Rusiyanın valyuta sistemi əsaslı dəyişikliklərə məruz qalmalıdır: «Rusiyaya gələn pullara maneələr azaldılmalı, gedən pullara isə müəyyən edilmiş istiqamətdə icazələr verilməlidir». Müşavir Çinin valyuta sistemini misal çəkərək bildirib ki, bu ölkəyə daxil olan pullar məhdudiyyətsiz, lakin nəzarətlə gəlir, gedən vəsait isə iqtisadiyyatın inkişafı, məsələn, ixrac infrastrukturuna investisiyalara xidmət etməlidir.