vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
20:00 | 2 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir İrəvanın BTQ-yə qoşulma şərtlərini açıqladı

Elmar Məmmədyarovun həmsədrlərlə Moskvada görüşü gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə o, Monteneqro xarici işlər naziri Srcan Darmanoviçlə danışıqlarının yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında bildirib. Məmmədyarovun sözlərinə görə, bu görüşdən bir neçə gün əvvəl Ermənistan prezidenti və xarici işlər naziri Moskvada olacaqlar.

Məmmədyarov qeyd edib ki, vasitəçilərdən həmsədrlərin iştirakı ilə nazirlərin görüşünün keçirilməsi haqqında təklif daxil olub. Amma hələlik qəti razılaşma yoxdur.

«Hazırda dəqiq olan odur ki, mən Moskvada həmsədrlərə görüşəcəyəm», deyə Məmmədyarov bildirib.

Elmar Məmmədyarov Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edib-etməyəcəyi barədə jurnalistlərin sualının cavabında deyib ki, layihəni idarə edəcək müştərək əməliyyat şirkəti yaradılır.

«Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir», nazir qeyd edib.

 

***

 

BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib. Ermənistanda bu hadisə pərtlik və narahatlıq yaradıb, eyni zamanda erməni siyasi dairələrində İrəvanın da bu layihəyə qoşula biləcəyi barədə fikirlər irəli sürülür.

Ermənistanın «168 jam» qəzeti bu məsələ ilə bağlı Gürcüstan Diplomatik Akademiyasının rektoru, politoloq Soso Tsinadzenin rəyini öyrənib. O deyib ki, nəzəri olaraq Ermənistanın Bakı-Tiflis-Qars layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından ayrıca danışıqlar predmeti ola bilər. «Siyasi xadimlər bu barədə düşünməli, Azərbaycana variantlar təklif etməlidir», - o deyib.

Tsinadze hesab edir ki, danışıqlar situasiyadan və Azərbaycanın mövqeyindən asılı olaraq həm ikitərəfli, həm çoxtərəfli ola bilər. Hansı ki, Azərbaycan artıq mövqeyini bildirib.