vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
11:49 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 3141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ali məktəblərin reytinqi

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə daxil olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları ali məktəblərin adlarını açıqlayıb.

ANS PRESS-in verdiyi xəbərə görə, TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda deyib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 121-i Bakı Ali Neft Məktəbinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə daxil olub. 
Məleykə Abbaszadə qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib və onlardan 42,98%-i 0-100, 21,99%-i 100-200, 13,84%-i 200-300, 15, 65%-i 300-500, 5, 55%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərib.
Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 371, II qrupda 301, III qrupda 542, IV qrupda 403 nəfərdir. 6 nəfər isə maksimal nəticə (700 bal) əldə edib. Onlardan 4-ü III qrupun və 2-si IV qrupun abituriyentləridir.
TQDK sədri bildirib ki, bu il ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universiteti reytinq göstəricilərinə görə 2-ci yerdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir.
Komissiya sədrinin sözlərinə görə, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft Akademiyası istisna olmaqla, qalan texniki ali təhsil müəssisələri reytinq cədvəlində nisbətən aşağı mövqelərdə yerləşiblər.