vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
14:43 | 4 noyabr 2017 | Şənbə Məqaləyə 2813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, heç müzakirə olunmayıb»

Baş katib Qurbanov haqda: «Əvvəl deyə bilmirdim, indi isə açıqlaya bilərəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından jurnalistlərin suallarını cavablandırıb. Brifinq zamanı baş katib futbol ictimaiyyətini düşündürən bir çox məqama toxunub.


- Qurban Qurbanovun milli komandanın baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı nə düşünürsüz?

- Bütün futbol ictimaiyyəti bu təyinatı gözləyirdi, sürpriz olmadı. Müzakirələr zamanı Qurban müəllimdən etik cəhətdən otaqdan çıxmasını xahiş etdik. İcraiyyə Komitəsinin üzvləri öz fikirlərini sərbəst şəkildə bildirdilər. Daha sonra Qurban müəllimi otağa dəvət etdik və qərar elan olundu. Səsvermədə 100 faizlik nəticə əldə etdi. Bu çətin işdə ona uğurlar arzulayırıq. Uzunmüddətli layihə olacaq. Üç seçmə mərhələdə komandanın başında olacaq. Müqaviləsi dekabrda qüvvəyə minəcək. Paralel olaraq «Qarabağ»da da fəaliyyətini davam etdirəcək.


- Bu posta digər namizədlər də var idimi?

- Var idi, amma onlar müzakirə olunmurdu. Çünki biz ilk olaraq İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini eşitmək istəyirdik. Gördük ki, digər namizəd axtarmağa ehtiyac yoxdur.


- Təyinatdan əvvəl «Qarabağ» rəhbərliyi ilə danışığınız olmuşdumu?

- Bəli, olub. Onlardan müsbət cavab aldıq.


- 10 illik baş katibliyiniz dövründə ilk dəfə baş məşqçi yerli olacaq. Sizə elə gəlmir ki, bir qədər gec oldu?

- Robert Prosineçkinin təyinatından əvvəl də qeyd olunmuşdu ki, hələlik təcrübə qazanmaq daha yaxşıdır. Bugünkü gündən yaxşı təyinat müddəti ola bilməzdi. «Qarabağ» Madriddə «Atletiko» ilə heç-heçə etdikdən sonra heç kimdə şübhə qalmadı. Biz istəyirik ki, «Qarabağ»ın indiki nəticələrini də itirməyək. Baş məşqçidən soruşduq və bildirdi ki, buna müsbət baxır. Demokratik şəkildə müzakirə apardıq. Çünki iki yerdə işləmək yükünü o üzərinə götürür. Qurban müəllim bunu qəbul elədi. Əslində, sirr deyil ki, hazırda milli üzvlərindən 50 faizindən çoxu «Qarabağ»da oynayır. Üstəlik, Çempionlar Liqasında iştirak edirlər. Bu, sevindirici haldır. Çünki təcrübə toplayırlar. Bizim futbolumuzda bu çatışmırdı. Onlar güclə rəqiblərə qarşı oynayırlar. Mənim şəxsi fikrimdi ki, 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, bəlkə də, tez olardı. Çünki həmin vaxt baş məşqçi hələ təhsil alırdı. Son illərdə 2 PRO lisenziyalı kurslar keçirdik. Orda Qurban müəllim də iştirak etmişdi. İmtahanlardan sonra UEFA ilə müzakirə aparırıq. Əvvəl bunu deyə bilmirdim, indi isə açıqlaya bilərəm. Qurban müəllimlə birlikdə həmin kursda səhv etmirəmsə, 12 məşqçi oxuyurdu. Almaniyada təhsil sistemini yaradan şəxs mənə bildirdi ki, bu qrupdan 4 nəfər Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə bilər. Xüsusən də, Qurban müəllimi qeyd etdi. Vurğuladı ki, bu insan hər dərsdə yeni ideyalarla sual verdi. Baş katib olaraq mənim borcum idi ki, bu barədə AFFA rəhbərliyinə məruzə edim. Hazırda məncə, bu təyinat üçün ən düzgün vaxtdır. Çünki Avropanın futbol ailəsi bu gün «Qarabağ»dan və Qurban Qurbanovdan danışır. Bakıdakı heç-heçə zamanı bəziləri bunu bəxtlə əlaqələndirmişdilər. Amma səfərdəki matç göstərdi ki, bu, bəxtlə əlaqəli deyil.


- Eyni anda iki komandada çalışmaq Qurban Qurbanov üçün çətin olmayacaq? Düşünmürsüz ki, gələcəkdə bütün gücünü yalnız bir komandaya cəmləsə, yaxşı olar?

- Əziyyəti o çəkəcək, yükü o daşıyacaq. Qurban müəllim elə insandır ki, nəsə çətinlik olsa, gəlib deyəcək. Təəssüf ki, bu gün çempionatımızda 16 komanda iştirak etmir, cəmi 8 komanda var. Bu isə maksimum 200 futbolçu deməkdi. Seçim çox azdı. Rövnəq müəllimin də qeyd etdiyi kimi, artıq baza komandamız olacaq. Bu da normal haldır. İrəlidə gedən ölkələrə baxanda görürük ki, əksər millilərin üzvləri bir klubda oynayırlar və uğurlu nəticə göstərirlər. İngiltərənin çox güclü çempionatı var. Amma futbolçular ayrı-ayrı klublardan dəvət olunduğu üçün yığmaları uğursuz çıxış edir. İspaniya və Almaniyada isə əksinədir. Türkiyədə yığmanın ən yaxşı dönəmində heyətin böyük hissəsi «Qalatasaray» oyunçuları idi.


- Prosineçkinin məşqçilər korpusuna ayrılan maddi vəsait çox idi, yoxsa Qurban Qurbanovun?

- Bu, heç müzakirə olunmayıb. Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. İnanıram ki, bu, problemsiz həll olacaq.


- Qurban Qurbanov həm də Bernhard Lippertin funksiyasını yerinə yetirəcək?

- Bəli. İstəyirik ki, vahid sistemlə gedək, bir fəlsəfə olsun. Fəlsəfənin konsepsiyası hazırdı. İdman direktoru hazırlayıb, təyinatı gözləyirdik. Çünki hər məşqçinin taktiki olaraq öz fəlsəfəsi var. Konsepsiya bütün klublara göndəriləcək.


- Bu vaxta kimi türkiyəli və digər millətdən olan futbolçuları milliləşdirsək də, heç br xeyirləri dəyməyib. Buna son qoyulacaqmı?

- Baş məşqçidən asılıdır. Türkiyə yığmasına düşməyən futbolçular hazırda da bizə müraciət edir. Təbii ki, adlarını çəkən deyiləm. Bu məsələ indiyə qədər ancaq baş məşqçinin tövsiyəsi ilə yerinə yetirilib. Hansısa baş məşqçi deyə bilməz ki, rəhbərlikdən kimsə ona hər hansı bir futbolçunu yığmaya dəvət etməyi istəyib. Ramil Şeydayevlə danışıq aparanda da baş məşqçinin münasibətini öyrəndik.


- Vahid sistemə keçid kütləvi islahatlara səbəb olacaqmı?

- Ola bilər ki, vahid sistemə uyğun olaraq hansısa milli komandanın futbolçusu digər klubda oynayırsa, orda məşqçi tamamilə ayrı yükləmə verir. Təbii ki, bununla bağlı dəyişiklik olacaq. Biz istəyirik ki, «Qarabağ» Çempionlar Liqasında builki oyunları bitirsin. Ümid edək ki, komanda çıxışını Avropa Liqasında davam etdirsin. Bundan sonra bütün məşqçilərlə görüş keçiriləcək və konsepsiyanı onlara təqdim edəcəyik. Müvafiq qərarlar qəbul olunacaq.