vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1060 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3763 AZN
Türk lirəsi 1 TRY = 0.4519 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:47 | 5 noyabr 2017 | Bazar Məqaləyə 521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin üçün sürpriz marşrut – BTQ

Azərbaycan istəmədən «Şimal-Cənub Nəqliyyat Dəhlizi» layihəsində (ikinci yazı)

Erkin QƏDİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Həyatda (məişətdən tutmuş siyasətə qədər) hər şeyi kontekstdə anlamaq gərəkdir. Əslində, başqa cür anlamaq alınmır. “Bakı-Tiflis-Qars» mövzusunda konteksti görmək üçün, bölgəmizdə və onun qonşuluğundakı gedişata baxmalı olacağıq. Uzaqdan başlayaq - Çindən.

(Qısaca qeyd edim ki, birinci yazıda ölkəmizin coğrafi yerləşməsindən doğan strateji geriliyi izah etməyə çalışmışdım. Dənizə davamlı, güvənli və ucuz çıxışı əldə etmək üçün Gürcüstan üzərindən dəmiryolunun önəmini vurğulamışdım).

Çinin iqtisadi durumu yaxşılaşdıqca, siyasi iddiaları artdı. Həmin iddiaların bir çoxu, Çinin öz coğrafi yerləşməsinə aid strateji geriliyindən qaynaqlanır. Çinin dənizə birbaşa çıxışı var, amma bu çıxış hər tərəfdən ABŞ hərbi donanmasının nəzarətindədir. Çindən dənizə çıxan gəmi yolları Cənubi Koreya, Yaponiya, Filippin, Malayziya, Vyetnam, Sinqapur sahillərinin yaxınlığından keçir. Bu yolların hamısında, birbaşa və ya dolayı, ABŞ donanmasının nəzarəti vardır. Savaş, ya da ciddi böhran zamanı ABŞ asanlıqla bu yolları Çinin üzünə qapada bilər. Çin bunu bilir, ona görə də özünə alternativ yollar açmağa çalışır.

Alternativ yollardan biri üzü Şimala doğru gedir. Rusiya üzərindən gedən bu yol həm uzaqdır, həm çətin. Ona görə də arzulandığı qədər ucuz ola bilmir. Üstəlik, Rusiyanın ənənəvi altyapı (infrastruktur) problemləri bu yolun idari xərclərini artırır. Çindən üzü Qərbə doğru gedən yolun bir hissəsi vardı, ikinci hissəsini də Bakı-Tiflis-Qars dəmiryolu tamamlamış oldu. Amma Bakı-Tiflis-Qars dəmiryolu Çinin gözdən keçirdiyi layihə olmayıb. Biz Çini fakt qarşısında qoyduq və indi Çini bu yoldan istifadə etməyə maraqlandırmağa çalışırıq.

Çinin öz təşəbbüsü olan, birbaşa strateji önəm verdiyi və böyük maliyyə vəsaiti xərclədiyi başqa yol var - Çin-Pakistan İqtisadi Dəhlizi (China-Pakistan Economic Corridor). Bu dəhlizin artan sürətlə qurulması 2002-ci ildən başladı. Öncə Çin Pakistanda böyük bir liman tikdi, sonra öz ərazisindən həmin limana dəmiryolu tikməyə girişdi. 60 milyard dollardan yuxarı ilkin sərmayə qoyuluşu tələb edən bir layihədir. Xeyli iş görülüb. Bu dəhlizdən istifadə Çinin bir neçə məqsədinə xidmət edir. Onların ən önəmli olanı bu ikisidir: 1) ABŞ-ın nəzarət etdiyi dəniz yollarından keçmədən birbaşa Hind Okeanına çıxış əldə olunur; 2) Çinin əzəli geopolitik rəqibi olan Hindistan böyük yükdaşıma yolundan təcrid edilir. İkinci məqsəd Pakistanın da geopoltik maraqlarına uyğundur. Pakistan da, Çin kimi, Hindistanı özünə əzəli geopolitik rəqib sayır. Bu bölgədə gərginlik o dərəcədə yüksəkdir ki, hər an savaş başlaya bilər. Bu baxımdan, Çin-Pakistan İqtisadi Dəhlizinin hərbi önəmi də artmış olur, çünki bu dəmiryolu vasitəsilə, gərəkli olarsa, Çindən Pakistana hərbi yardım daşına bilər.

Bütün bunların Bakı-Tiflis-Qars dəmiryoluna nə aidiyyəti ola bilər? Birbaşa aidiyyəti yoxmuş kimi görünsə də, bu iki layihə arasında önəmli kontekstual bağlantı vardır. Çin-Pakistan İqtisadi Dəhliz 2002-ci ildə qurulmağa başladığı andan, Hindistan bu yolu özünə strateji təhlükə saydı və alternativ yollar axtarmağa girişdi. Bu məsələdə Hindistanın maraqları İranın və Rusiyanın maraqlarıyla üst-üstə düşdü. İranın Pakistanla öz haqq-hesabı var, buna görə də İran da, Hindistan kimi, Pakistanın bölgədə güclənməsini istəmir. Rusiya da, öz tərəfindən, həm Pakistanın, həm də Çinin bu bölgədə artan gücünün azaldılmasında maraqlıdır. Ona görə də, Rusiya, İran və Hindistan, birləşərək, elə həmin 2002-ci ildə «Şimal-Cənub Nəqliyyat Dəhlizi» layihəsinə dair anlaşma imzaladılar - Rusiyadan İrana dəmiryolu, İrandan da Hindistana dənizyolu.

Bu dəhlizin gerçəkləşməsi üçün bu ölkələrin Azərbaycana ehtiyacı yarandı, çünki Rusiyadan İrana gedəcək dəmiryolu ölkəmizin içindən keçməlidir. Əslində, Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsində birbaşa iqtisadi marağı yoxdur. Geopolitik olaraq isə, bu bizə nəinki lazım deyil, əksinə, bu layihə bizim üçün bəzi yeni təhlükələr açır. Amma bu məsələdə bizim çox dirəşməyə imkanımız olmayıb, ona görə də razılaşmalı olduq. Güman edirəm, Pakistan da bunu anlayışla qarşılayır, ona görə də bizim Pakistanın strateji maraqlarına uyğun olmayan layihədə iştirakımıza etiraz etmir və bizə hərbi yardımını kəsmir.

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi, nəzəri olaraq yeni olmasa da, onun başlamasına məhz yuxarıda yazdığım layihələrin geopolitik qarşıdurması kontekstində baxmaq gərəkdir. Bu layihənin təməli 2007-ci ildə qoyuldu.

Bu layihəyə böyük güclərin, özəlliklə Qərbin və Rusiyanın, yanaşması nə oldu? Bu haqda yazının üçüncü hissəsində oxuya bilərsiniz.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)