vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
11:02 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Flinnlərin həbsi gündəmə gəlib

Trampın daha bir keçmiş rəsmisinə qarşı cinayət işi açıla bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» qəzeti yazır ki, ABŞ-da xüsusi prokuror Robert Müller (Robert Müller) prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnə (Michael Flynn) və onun oğluna qarşı cinayət işi qaldırmaq üçün kifayət qədər dəlillərə malikdir.

Müller Tramp komandası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdırır.

Bir neçə mənbəyə istinad edən NBC xəbər verir ki, Müllerin komandası çirkli pulların yuyulması və dövlət orqanlarına yalan məlumat verilməsi kimi ittihamları irəli sürə bilər. Söhbət həm də Flinnin milyonlarla dollar rüşvətin müqabilində Türkiyə prezidentinin bir «opponentinin» Amerikadan çıxarılmasından gedir.

Bu xəbərləri dərhal təsdiq etmək mümkün olmayıb. Oğul Maykl Flinnin vəkili Berri Koburn (Barry Coburn) şərh verməkdən imtina edib.

Oğul Flinn rəsmi şərh verməsə də «Twitter»də yazıb ki, «sosial ədalət cəngavərləri» yenə də onun ovuna çıxıblar, amma onu həbsxanaya göndərə bilməyəndə möhkəm pərt olacaqlar.

«The Guardian» yazır ki, Trampın keçmiş kampaniya rəhbəri Pol Manafort (Paul Manafort) və onun biznes şəriki Rik Geytsə (Rick Gates) cinayət işi qaldırlandan və prezidentin keçmiş xarici işlər müşaviri Corc Papadopulosun (George Papadopoulos) ifadə verməyə hazırlaşdığı barədə xəbərlər yayılandan sonra respublikaçılar və Ağ Ev Müller üzərinə təzyiqi artırıblar.

Müller isə öz növbəsində Manafortun üzərinə təzyiqləri artırmaqla məşğuldur.

Buna baxmayaraq Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Ryan (Paul Ryan) deyib ki, Müller nə vəzifəsindən uzaqlaşdırıla, nə də istefa verə bilər.

O deyib ki, peşəkarlara öz işlərini normal şəraitdə görmək imkanı tanınmalıdır.

«Mən düşünmürəm ki, o işdən çıxarılmalı və ya istefa verməlidir», - Ryan «Fox News» kanalına deyib.

Flinn cəmi 24 gün ərzində Trampın milli təhlükəsizlik müşaviri ola bilib. O, Rusiya diplomatı ilə kommunikasiyaları barədə vitse-prezidentə yanlış məlumat verdiyinə görə vəzifəsindən azad edilib.

NBC xəbər verib ki, Flinn və onunla birlikdə işləmiş oğlu Maykl G. Flinn şərh verməkdən boyun qaçırıblar. Xüsusi prokuror Robert Müllerin də komandası şərh verməyib.