vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KRİMİNAL, CİNAYƏT  
19:29 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəzərdə silahlı əməliyyat

4 Azərbaycan vətəndaşı tutuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan sərhədçiləri Xəzərdə nərə balıqlarının qanunsuz ovu ilə məşğul olan brokonyerlərə qarşı əməliyyat keçiriblər. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatda 4 Azərbaycan vətəndaşı da tutulub, onlara aid motorlu qayıqlar müsadirə edilib.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən ötən həftə sonu keçirilən əməliyyatda sərhədçilər brokonyerlərdən 179 nərə balığı götürüblər. Balıqlardan sağ olanlar dənizə atılıb, ölmüş balıqlar müsadirə olunub. Habelə ümumi uzunluğu 28 kilometrə yaxın olan tor dənizdən çıxarılıb. 5 Qazaxıstan, 4 Azərbaycan vətəndaşı tutulub, onlara aid 3 motorlu qayıq müsadirə edilib.

Məlumatda bildirilir ki, Xəzərin Qazaxıstan sektorunda brokonyerlərə qarşı əməliyyatların ikinci fazazsı davam edir.

Xəzərin Qazaxıstan sektorunda vaxtaşırı olaraq Azərbaycandan olan nərə ovçuları tutulur.