vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:23 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bomba» partladı...

Roşbluan, Ermənistan səfiri, qondarma «dqr» nümayəndəsi restoranda nə müzakirə edirdi?

Eynulla FƏTULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mediapart» nəşrində məşhur bloqqer Henri Furkadisin məqaləsi Parisdə əsl siyasi bomba effekti yaradıb. Məqalədən məlum olur ki, Fransadakı erməni lobbisinin liderlərindən biri, deputat Fransua Roşbluan Parisin məşhur restoranlarından birində Ermənistanın Fransadakı səfiri Vigen Çiteçyan və qondarma «DQR»in nümayəndəsi Ovanes Gevorkyanla gizli görüşlər keçirir. Həmin görüşlərdə Roşbluan erməni sponsorlarına təklif edir ki, Azərbaycanın İŞİD terror təşkilatı ilə əlaqələrinə dair «sensasion dosye» yaysınlar. Bu dosyenin əvəzində fransalı simasız siyasətçi sanballı mükafat alır.

Xatırladaq ki, Azərbaycanı İŞİD-lə əlaqələndirmək tezisi ötən ilin aprel döyüşlərindən sonra erməni təbliğat maşını tərəfindən ortaya atılıb. Erməni təbliğat maşını dünyəvi və Avropa dəyərlərinə sadiq ölkə olan Azərbaycanı bu primitiv taktika ilə qaralamağa çalışır.

Fransa nəşri yazır ki, Roşbluan Parisin bahalı restoranlarında tez-tez ermənilərin qonağı olur. Və bu rüsvayçılıq onsuz da Fransa Milli Məclisinə keçirilən son seçkilərdə karyerası çökən Roşbluanın sonunu gətirir.

Roşbluan kimdir? Gəlin Beşinci respublikanın bu şərəfsiz deputatının keçmişini vərəqləyək.

73 yaşlı Roşbluan 1988-ci ildən etibarən 28 il ərzində Fransa parlamentinin deputatı olub, «Demokratlar və müstəqillər ittifaqı»na (UDİ) və «Mərkəz İttifaqı»ına daxil idi. Sen-Şemon şəhərinin keçmiş meri olan Roşbluan 2007-ci ildə prezident seçkilərində Nikola Sarkozinin namizədliyinə fəal dəstək verib. Evre Morin, Fransua Sauvade və Jan-Krist Laqardla birlikdə yeni siyasi mərkəzin formalaşdırılmasında iştirak edib.

Roşbluan veteranların və müharibə qurbanlarının, şərq xristianlarının maraqlarının müdafiəçisi, Fransanın Livanda mövqelərinin möhkəmləndirilməsinin tərəfdarı kimi tanınıb. Paralel olaraq o, 2012-ci ildə Ermənistanla parlament dostluq qrupuna başçılıq edib, ardınca qondarma «dqr»lə dostluq qrupu yaradıb və hələ də ona başçılıq edir. Fransua Türkiyənin Aİ-yə daxil olmasının qatı əleyhdarı, Ankaranın AŞPA-dan xaric olunmasının tərəfdarıdır.

Lakin 2012-ci ildə Roşbluan öz siyasi mövqeyini yenidən dəyişib, yeni yaradılan «Avropa siyasi demokratiyası» partiyasına qoşulub. Lakin özünün siyasi karyerasının sonuna doğru Fransua taleyini Fransa prezidentliyinə namizəd olan qudası Fransua Fiyonla bağlayaraq öz  hesablamalarında yanılıb. Tale hər iki Fransuanın ümidlərini boşa çıxarıb: Fiyon seçkiləri uduzub, Roşbluanın isə parlamentə yenidən seçilməsi baş tutmayıb. O vaxtdan bəri bu siyasətçi ermənilərin əhatəsində müftəxorluğa başlayıb. Özünün siyasi karyerasının şərəfsiz sonluğunda vassal Qarabağ səhra komandirinin nümayəndəsinin xidmətində dayanıb.

Bir az da artıq qazanmağa yönəlmiş pensiyaçı ehtirası Fransuanı məcbur edib ki, ağıla, məntiqə qarşı getsin. Birincisi, diletant Roşbluan yaddan çıxarır ki, Azərbaycan möhkəm dünyəvi əsaslara malik olan ölkədir, əhalisinin əksəriyyəti şiə müsəımanlardır. Yəni Azərbaycanı İŞİD-in ideoloji müttəfiqi kimi qələmə vermək islam nəzəriyyəsinin dini-fəlsəfi normaları ilə bəribaşdan ziddir.

İkincisi, Roşbluan özü də dərk etmədən çoxkonfessiyalı fransız cəmiyyətinin altına yavaş təsirli mina qoymuş olur. Fransa müsəlmanları keçmiş deputatın-təzəcə lobbiçi qılığına girmiş siyasətçinin antiislam təbliğatını necə qiymətləndirəcək?

Üçüncüsü, Fransua daha bir mühüm amili yaddan çıxarır-axı Azərbaycan hələ 2001-ci ildən başlayaraq antiterror koalisiyasının fəal iştirakçılarından biridir. Və nəhayət Roşbluan özünün sərsəm qocalıq qayğılarına o qədər aludə olub ki, ölkəsinin Azərbaycandakı iqtisadi maraqlarını təhlükəyə atır.

Bəzi avropalı siyasətçilər Azərbaycanla Avropa, Fransa arasında münasibətlərdə çatları bax bu cür yaradırlar. Bundan əlavə fransalı siyasətçi öz cibini doldurmaq naminə mürəkkəb geosiyasi reallıqlara məhəl qoymur, təhlükəli dini amillərlə manipulyasiya edir və mültikultural təhlükəsizliyin əsaslarını sarsıdır, xristianlarla müsəlmanlar arasında öz ölkəsində düşmənçiliyi qızışdırmaq üçün Qarabağ münaqişəsi ilə spekulyasiya edir.

Bəs Fransua səhra komandirinin elçisi ilə Paris restoranlarının masası arxasında hansı məbləğin naminə bir əyləşib?!