vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:43 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2038 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azeri Light» dünyanın ən bahalısıdır

Azərbaycan neftinin qiyməti 66 dolları ötdü

MÖVZU İLƏ ƏLAQƏLİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin («Azeri Light») qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,58 dollar/barel çoxdur. Bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 61,98 dollar/barel təşkil edib ki, «Trend»ə görə, bu da əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiyməti isə noyabrın 6-da 64,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,75 dollar/barel çoxdur.