vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
21:51 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın müxalifət liderinə Niderlandda sui-qəsd

Əhməd Molla Nissi silahlı hücum nəticəsində qətlə yetirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın qərbində yerləşən Xuzistan əyalətinin Ahvaz şəhərində müstəqil bir dövlət qurmaq üçün mübarizə aparan «Ərəb Qurtuluş Hərəkatı»nın (ASMLA) lideri Əhməd Molla Nissi Niderlandın Haaqa şəhərində baş verən silahlı hücum nəticəsində öldürülüb.

Regiondakı sünni ərəb azlıqlarının müstəqilliyini hədəfləyən təşkilat İran rejimi tərəfindən «terrorçu» kimi səciyyələndirilir.

Haaqa polisi çərşənbə axşamı Jan van Ribek küçəsində meydana gələn sui-qəsd nəticəsində öldürülən şəxsin ASMLA lideri Nissi olduğunu açıqlayıb.

Baş verən hadisədən sonra davranışları ilə şübhə doğuran bir nəfər həbs olunub.

Niderland televiziyasına (NOS) müsahibə verən bəzi şahidlər sui-qəsddə İran rejimini ittiham edib.

Şahidlərdən biri Nissinin daha əvvəllər də öldürülməsinə cəhd edildiyi fikrini irəli sürüb.


Aİ-nın «terror təşkilatları» siyahısında deyil


Niderland vətəndaşı olan Nissi 10 ildir ki, Haaqada yaşayırdı. Nissi ötən il lideri olduğu təşkilatı Haaqa Ticarət Palatasında qeydiyyatdan keçirmişdi.

Ticarət Palatasının sənədlərində təşkilatın «Xuzistanda müstəqil və demokratik bir ərəb cümhuriyyəti qurmaq üçün İranın işğalına qarşı müstəqillik mübarizəsi apardığı» bildirilir.

Nissinin lideri olduğu ASMLA 1999-cu ildə təsis edilib. İran hökuməti tərəfindən «terror təşkilatı» kimi səciyyələndirilən hərəkat Xuzistandakı silahlı hücumlarda ittiham edilir. Xuzistanda sonuncu dəfə hücumlar bu ilin əvvəlində həyata keçirilib. ASMLA iki boru kəmərini ələ keçirdiyini açıqlamışdı. Amma İran hökuməti bu açıqlamanı təkzib etmişdi.

ASMLA Avropa İttifaqının (Aİ) «terror təşkilatları» siyahısında yoxdur. Buna görə də təşkilat Niderlanddakı fəaliyyətini qanuni olaraq davam etdirir.

Təşkilat İranın İraq sərhədində yerləşən Ahvaz şəhərindəki sünni ərəb azlıqlarının yoxsulluq içində yaşadığını müdafiə edərək İrandan ayrılmaq istəyir.