vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
17:11 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir telekanal cərimləndi...

... İkisinə isə xəbərdarlıq etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan mətbuata verilən xəbərə görə, iclasda «Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası», «ANS Müstəqil Yayım və Media Şirkəti», «Lider TV və Radio Azərbaycan» MMC tərəfindən «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

İclasda «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə «Lider TV və Radio Azərbaycan» MMC-yə, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə «Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası»na xəbərdarlıq edilib.

Həmçinin «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar»ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə «ANS Müstəqil Yayım və Media Şirkəti» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilmişdir.