vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
22:57 | 12 noyabr 2017 | Bazar Məqaləyə 1407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərdəmxəyal prezident

Tramp dünən dediyini, bu gün necə danıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» qəzeti yazı ki, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinin Rusiyanın 2016-cı ilin seçkisinə qarışmadığı barədə bəyanatına inandığını deyib.

Lakin artıq bazar günü öz dediklərinə zidd gedən Trump bəyan edib ki, o Rusiyanın müdaxiləsi məsələsində «bizim xüsusi xidmətlərimizlə» eyni qənaətdədir.

Bazar günü Hanoyda mətbuat konfransında çıxış edən prezidentə onun Putinin Rusiyanın ABŞ seçkisinə qarışmadığı barədə bəyanatına necə yanaşdığına dair suallar verilib.

«Mənim bu bəyanata inanıb-inanmadığıma gəlincə isə mən bizim agentliklərimizlə həmfikirəm. Hazırda bu işi çox təmiz adamlar aparırlar və mən bizim agentliklərimizə çox inanıram», - deyib Tramp.

Prezidentin bu bəyanatını dərhal onun əsas rəqibi olan respublikaçı senator Con Makkeyni (John McCain) tənqid edib. O bu barədə yazdığı postda qeyd edir: «Amerika birincidir deyən birisi DTK polkovnikinə ABŞ kəşfiyyatımdan daha çox inandığı barədə heç nə deməyib».

Trampın Putin barəsində dediklərini onun öz MKİ direktoru Mayk Pompeo (Mike Pompeo) də dərhal təkzib edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin bəyanatında deyilir ki, direktor 2017-ci ilin yanvarında açıqlanmış hesabatı tamamilə dəstəkləyir.

Bu hesabatda deyilirdi ki, Rusiya hökuməti ABŞ seçki kampaniyasına birbaşa müdaxilə edib və seçki nəticələrinə təsir etməyə çalışıb.

Pompeonun son bəyanatında deyilir ki, bu mövqe onun tərəfindən tamamilə dəstəklənir.

Ötən şənbə Tramp xüsusi prokuror Robert Müllerin (Robert Mueller) araşdırmasını kəskin tənqid edib. Müller hazırda Tramp seçki kampaniyası ilə Kreml arasında mümkün sövdələşməni araşdırır.

Tramp deyib ki, bu araşdırma «milyonlarla insanın həyatına bais ola bilər». Onun fikrincə Moskva ilə münasibətlərə xələl gətirilməsinə görə Suriya və Ukrayna münaqişələrində, Şimali Koreya məsələsində qarşıdurma yarana bilər.

«The Guardian» yazır ki, prezidentin ABŞ-ın bir nömrəli təyyarəsinin göyərtəsində müxbirlərə dedikləri onun ABŞ kəşfiyyatının Rusiya barəsində gəldiyi nəticələrə tam hörmətsizliyi kimi səslənib.

Kəşfiyyatın gəldiyi nəticələrə görə Rusiya hökuməti ABŞ seçkisinə Trampın qələbəsini təmin etmək məqsədilə müdaxilə edib.

Prezident Barak Obamanın administrasiyası üçün işləmiş, MKİ rəhbəri Con Brenanı (John Brennan), Milli Təhlükəsizlik Agentliyinin başçısı Ceyms Klapper (James Clapper) və may ayında vəzifəsindən qovduğu FTB direktoru Ceyms Komini (James Comey) «siyasi hakerlərə» bənzədib.

«Siz hələ gözləyin. Mən kimi nəzərdə tuturam? Brenanı, Klapperi və Komini. Kominin yalançı və xəbərsızdıran olması artıq isbat edilib», - deyib Tramp.

Bazar günü bütün bunlara zidd getsə də, Tramp Putinin sözünə ABŞ kəşfiyyatından daha çox inandığını ortaya qoyub.

«O hər dəfə deyir ki, mən bunu etməmişəm və o bunu mənə deyəndə mən ona doğrudan da inanıram. O bu sualdan doğrudan da təhqir olunmuş kimi görünür və hər dəfə deyir ki, mən bunu etməmişəm. Prezident Putin çox inandırıcı və güclü şəkildə deyir ki, bu işin ona heç bir dəxli yoxdur», - demişdi Trump şənbə günü.