vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
14:06 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər niyə qaçır?

Ermənistanın indiki demoqrafik statistikası 1976-cı ildəki ilə eynidir

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Statistika Xidmətinin açıqlaması ölkədə daimi əhalinin 2001-2016-cı illərdə 228,7 min nəfər azaldığını göstərib. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edir və ölkə əhalisinin 8 faizinin itirilməsi ilə nəticələnib.

Bu statistik göstərici Ermənistanda doğurdan da ciddi demoqrafik problemlərin olduğunu göstərir. Xüsusən, miqrasiya, ölkəni tərk edənlərin sayının çoxluğu aşağı doğum göstəricisi ilə paralel statistikanı bərbad vəziyyətə salır. Bu ölkədə əhali köçünün bir çox səbəbləri var. Əsas səbəblər kimi dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması səbəbindən iqtisadi təcrid, yerli elitanın korrupsioner mahiyyəti, gömrük inhisarı və xroniki ədalətsizliklə bağlıdır.

BMT-nin əhali fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb.

Yerli ekspert Levon Şirinyan isə digər ölkə politoloqları kimi həyəcan təbili çalır. Onun fikrincə, mühacirət davam edəcəyi halda, ölkəsini ağır günlər gözləyir.

«Mühacirətin davam edəcəyi halda, Ermənistan perspektivi yoxdur. Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir ya da yerlərini gənc kadrlara verməlidir».

Fransanın «Le Monde» qəzetinin hələ 2016-cı ilin aprel döyüşlərindən sonra yazdığı məqalədə Ermənistan və Dağlıq Qarabağdan paralel köçün başlandığını bildirmişdi. Həmin vaxt qəzetə danışan Şuşada məskunlaşmış 29 yaşlı Suren Davidyan döyüşlərdən sonra Qarabağı tərk edəcəyini demişdi.

«Qayıtdım ki, evimizi satım və ailəmlə Rusiyaya dönüm. Xaricdə bizə hörmək edirlər. Hakimiyyətdəkilərin əksəriyyəti biznesmenlərdi və yalnız öz maraqları barədə düşünürlər. Sadə xalqla hesablaşmırlar».

Ermənistanın Gümrü şəhər sakini Anaiot Arutunyan isə 2016-cı ilin aprel döyüşlərində böyük oğlu Qriqor Arutunyanı itirdikdən sonra kiçik oğlu Serji heç bir vəchlə hərbi xidmətə yollamayacağını və alınsa, ölkəni tərk edəcəyini bildirib.

«Son 10 ildə mənə Qriqor və Serj qulluq edib. Qriqorun ölümündən sonra mənə yalnız Serj baxır. Onu əsgərliyə yalnız mənim cəsədimin üstündən apara bilərlər», – deyə əsgər anası bildirir.

Bu kimi faktlar Ermənistanda minlərlədir və insanların ilk növbədə müharibə qorxusuna görə xaricə üz tutduqlarını göstərir. Digər tərəfdən, rəsmi statistika 1986-cı ildə ölkədə 81 min doğum faktı qeydə alsa da, 2016-cı ildə cəmi 36 min uşaq dünyaya gəlib.

Sonda qeyd etmək lazımdır ki, 1991-ci ildə 4,2 milyon əhalisi olan işğalçı ölkədə 2017-ci ilin 1 oktyabrı üçün 2,979 milyon vətəndaş yaşayır. Bu göstərici 1976-cı ilin əhali sayı ilə bərabərdir.