vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
14:56 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampla Kim arasında söz atışması

ABŞ prezidenti Şimali Koreya liderini «bəstəboy və gombul» adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Donald Tramp Cənub-Şərqi Asiya regionunda gərginliyin azalmasında vasitəçilik etməyə hazır olduğunu bildirəndən sonra Şimali Koreya ilə söz güləşini davam etdirib.

Şimali Koreya Xarici İşlər Nazirliyi Trampı «qoca» adlandırdıqdan sonra, ABŞ prezidenti «Twitter» səhifəsində yazıb kı, o, Şimali Koreya lideri Kim Çen Ina heç zaman «bəstəboy və gombul» deməyib.

Bundan əvvəl Tramp Cənubi Çin dənizində sahilyanı dövlətlər tərəfindən irəli sürülən qarşılıqlı iddialarla bağlı könüllü olaraq vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

«Mən yaxşı vasitəçiyəm», - o deyib.

Çin, Vyetnam, Filippin, Tayvan (Çin Respublikası), Malayziya və Bruney arasında Cənubi Çin dənizində ərazilərə nəzarət iddiaları üstündə gərginlik mövcuddur.

Özünü aradüzəldən kimi qələmə verən Donald Tramp, Vyetnama səfəri zamanı, həmin gərginliyin aradan götürülməsinə yardım etməyə hazır olduğunu qeyd edib.

Trampın Şimali Koreya ilə gərginliyi isə dərinləşməkdə davam edir, hər halda «Twitter»də davam edən söz atışmasında və rəsmi bəyanatlarda.

Şənbə günü Şimali Koreya Trampın Asiya turnesini pisləyərək, onun səfərini «müharibə qızışdırıcısının səfəri» kimi səciyyələndirib və yenidən onu «havalı qoca» adlandırıb.

Buna cavab olaraq Tramp «Twitter» səhifəsində yazıb kı, o, Kim Çen Inı heç zaman «bəstəboy və gombul» adlandırmayıb.

«Mən onunla dostluq etməyə cəhd göstərirəm - ola bilsin ki, nə vaxtsa bu baş verər!», - Tramp «Twitter» səhifəsində yazıb.

Bu arada isə, 3 ABŞ təyyarədaşıyanı Sakit okeanın qərb hissəsində hərbi manevrlərdə iştirak edib.

Bu hazırlıq Şimali Koreyaya ünvanlanmış güc nümayişi kimi qiymətləndirilir.

Təlimdə Şimali Koreya və Yaponiya hərbi gəmiləri də iştirak edib.

Eyni zamanda prezident Tramp Şimali Koreya ilə dostluq münasibətlərinin mümkünlüyünü istisna etməyib.

Vyetnamda təşkil edilmiş mətbuat konfransında Kim Çen ilə nə vaxtsa dost ola biləcəyi barədə suala ABŞ prezidenti belə cavab verib: «Bu, qəribə görünə bilər, lakin bu, mümkündür».